
Rusiya mediasında kəskinləşən anti- Azərbaycan mövqeyinə bir növ adət etmişik, amma siyasi nəzəriyyəçi kimi meydana çıxan Artomonov kimilərinin məntiqinə görə yeni yaranan dövlətlərin tarixi təcrübəsi olmadığı üçün xarici siyasətləri də xətalara söykənir. Məsələn, Azərbaycanın Rusiyaya dəyişən mövqeyini o, bu sırada hesab edir və tarixdən də misal gətirir ki, baxın, zəif dövlətçilikdən yola çıxan Fransa Napoleonu doğuranda qarşısını almaq mümkün olmadı və hətta Bonapart Moskvaya belə hücum etdi, nəticəsi məlumdur.
Sözlərində tarixdən verilən misallara görə çoxlu əks arqument gətirmək olar.
Məsələn, ilk növbədə rus tarixini oxuyan əksəriyyət bilir ki, heç bir kəskin tarixi dönüşdə ruslar üzüağ çıxa bilməyib.
Məsələn, 1921 – ci ildə sovet hökuməti 5 milyon nəfərin aclıqdan öləcəyini hesablayaraq ABŞ-dan 60 milyon dollar yalvar-yaxarla alır (Hoover yardımı) 1856-cı ildə Krım savaşına ölkə o hala düşür ki, faktiki parçalanma qaçınılmaz olur. Sırf Fransa və Böyük Britaniya Paris müqaviləsi bağlayaraq Rusiyanı dağılmaqdan xilas edirlər. İkinci Dünya Müharibəsində ABŞ Lend -Liz yardımı sözünü verənə qədər Stalin qapandığı otaqdan çıxmır və almanlar göz-açıb yumana qədər ölkənin paytaxtına çatırlar.
Yeltsin dövründə Rusiya hiperinflyasiya yaşama başlayan anda ABŞ İMF əli ilə 4 milyard dollar ayırır. Hələ sevgi bununla da bitmir. Sonuncu dəfə ABŞ və Beynəlxalq Valyuta Fondunun (IMF) 22 milyard dollar kredit yardımı Rusiya bank sistemini çökməkdən qorudu, roblun dəyərini sabitləşdirdi və iqtisadi dağılmanı dayandırdı, Putinin gəlişi ilə sabitləşməyə kömək etdi.
İndi əsas sual: Bu ABŞ niyə həmişə Rusiyanı qorudu və saxladı?
Niyə ABŞ və Rusiya düşmənliyinə inanaq? Əsaslar nədir?
Onun – bunun hesabına özünə tarix qurmuş Rusiyanın tarixi utanc hissi hara qədərdir?
İkinci hissəyə baxaq: Pisləşən Finlandiya – Rusiya münasibıətləri Azərbaycan- Rusiya münasibətlərini paralelləşdirmək hansı məntiqin məhsuludur?
Və ya nə baş verir ki, bütün gün Rusiya hakimiyyətini söyən Paşinyanla münasibət “cici” bacılığa qədər irəliləyir kimi göstərilir və necə olur ki, son bir həftədə Paşinyan və nazirlərinin ritorikası dəyişməyə, hətta Azərbaycana qarşı sərt bəyanatlara keçid edilir?
Nikolun xaç atası Levon Ter-Petrosyan Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinlə söhbəti zamanı bildirib ki, “Rusiyanın Cənubi Qafqazda mövcudluğu aktual zərurətdir və tarix tərəfindən təsdiqlənmiş reallıqdır”. Müzakirə zamanı o, fürsətdən istifadə edərək qeyd etdi ki, guya Ermənistanın vicdanlı və etibarlı dostları Rusiya, İran, Gürcüstan, Fransa, Yunanıstan, yaxın gələcəkdə isə Çin və Hindistandır.
Bəs, Türkiyə, Azərbaycan?
Və necə olur ki, Ermənistan prezidenti Vaaqn Xaçaturyan deyir ki, Ermənistan prezidenti: Konkret olaraq bu anda konstitusiya ilə bağlı heç bir referendum olmayacaq və ya Ermənistan prezidenti: Yolda amerikalılar olmayacaq, heç kim olmayacaq.
Və bu adam ən sonda “babat” iz azdırır öz aləmində: Ermənistan artıq Rusiyanın “kiçik qardaşı” deyil.
Axı siz kimsiniz?
Kimin balasısınız?
Atanız kimdir?
Hansı siyasi konyukturaya görə gələcəyinizi quracaqsınız?
Beləmi olmalıdır xarici siyasət xətti?
Bəs bölgədəki meqa layihələr?
Azərbaycanın hərbi imkanlarının dinamikası göstərir ki, 2020-ci ilin müharibə dövründə olan ordudan 5 dəfə güclü hərbi arsenala, əsgərə malikik və indiyə qədər olmadığı ölçüdə böyük güc daşıyıcısıyıq.
Ən nəhayət, artıq 2020-ci il deyil ki, qlobal reallıqlarda tet-a-tet savaşasan. İndi dövlətlər qrupu kimi baxırıq proseslərə.
Bəs, siz hansı ansamblda yer alırsınız?
Kimin adamısan: Putinin or Trampın?