
Paşinyan açıqlayıb ki, “Artıq 1 il 8 aydır Ermənistan-Azərbaycan sərhədində heç bir əsgər həlak olmayıb.”
Bir siyasi şərhçi və tədqiqatçı kimi araşdırmağa qərar verdim ki, təxmini mənbələrə əsaslanım. 1988-ci ildən 2024-cü ilin fevralına qədər təxminən 36 il keçir.
Bu dövr ərzində, hər iki müharibəni nəzərə alsaq, Azərbaycan tərəfi təxminən 33 min hərbçi itirib.
Ermənistan isə iddia edir ki, bu rəqəm ümumilikdə 24 min nəfərə yaxındır.
İtkinlərlə birlikdə ümumi rəqəm 60 min civarına qədər çıxır.

Riyaziyyata əsasən, 1988-ci ildən 2024-cü ilin fevral ayına qədər ümumilikdə 60,000 nəfər ölüb. Hər günə təxminən 4.55 nəfər ölüm faktı düşür.
Digər bir düşüncə təhlili ilə, Paşinyanın dediyi 1 il 8 ay ərzində, əvvəlki hərbi münasibətlər davam etsəydi, nə qədər hərbçi həyatını itirə bilərdi?
Yeni hesabla, 1 il 8 ay ərzində təxminən 2,731 nəfər ölə bilərdi, əgər müharibə davam etsəydi.
Sülh hər halda gözəl olsa da, qalibiyyət halında və vətən övladlarının şəhadəti ilə qazanıldığı üçün çox dəyərlidir və milli sərvətdir!
Əziz Əlibəyli
