
25 noyabr 2025-ci il tarixində Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Bakı və Naxçıvan Hərbi Kolleclərinin rəisləri – polkovnik İntiqam Mirzəyev və polkovnik Yaşar Hüseynovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Respublikasına səfər edib.
Sfera.az bildirir ki, proqramı çərçivəsində nümayəndə heyəti İzmir şəhərində yerləşən Hava Qoşunları Gizirlər Məktəbini (Hava Astsubay Meslek Yüksekokulu) ziyarət edib.
Görüş zamanı hərbi təhsil sahəsində təcrübə mübadiləsi aparılıb, əməkdaşlıq imkanlarının genişləndirilməsi, və təhsil proqramlarının təkmilləşdirilməsi istiqamətində müzakirələr aparılıb.
Nümayəndə heyəti kursantların təlim prosesi, məktəbin maddi-texniki bazası, sosial və mədəni mühiti ilə yaxından tanış olub. Bununla yanaşı, təhsil müəssisəsində təhsil alan azərbaycanlı kursantlarla da görüş keçirilib, onların akademik fəaliyyəti və gündəlik həyatı barədə məlumat əldə olunub. Sonda tərəflər arasında qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub, mövcud əməkdaşlığın inkişafı və yeni istiqamətlər üzrə perspektivlər müəyyənləşdirilib


