Avropa İttifaqının 2021-ci il üzrə qaz ehtiyacı 400 milyard kub metrdən artıq təşkil etmişdir. Bu payın 155 milyard kubu Rusiyaya aid olub. Təxminən 85 milyard kub metr qaz isə Norveçdən tədarük edilir. Üçüncü tədarükçü olan Əlcəzair isə tələbatın 8%-ni ödəyir.
Aİ ilə bağlanan müqaviləyə görə Azərbaycan Avropaya göndərəcək qaz ixracatını 20 milyard kub metrə çatdıracaq. Beləliklə, Azərbaycanın ümumi Avropa qaz tələbatında payı təxminən Qatarla eyni (5%) olacaq.
Avropa İttifaqının ümumi olaraq qazdan idxal asılılığı 83% təşkil edir.
Yaxın günlərdə Rusiya ən böyük həcmli Şimal Axını 1 xətti üzrə qazın 60%-ni dayandırıb. Fərdi hesablamalarıma nəzərən desək əgər qaz verilişi bərpa edilməsi bu da ilə təxminən 90 milyard kub metr qaz əksikliyi edir. Avropadakı böhranın bu dəqiqə ən böyük səbəbi bu çatışmazlığı necə doldurmaq üzərinədir və anlaşıldığı kimi bunu hal-hazırda təmin etmək qəliz görsənir.
Ümumi tələbat isə hər il artmaqdadır. Məsələn, 2021-ci ildə əvvəlki illə müqayisədə artım təxminən 4% olmuşdur.
Ramil Həsənov/tədqiqatçı