Statistika göstərir ki, Azərbaycanın avtomobil bazarındakı nəqliyyat vasitələrinin QOCALIQ dövründə olanların sayı (15 ildən yuxarı) ildən ilə artır.
Avtoparkın təqribən 75%-i belə avtomobillərin payına düşür. Yaşı 5 ilədək olan avtomobilərin avtoparkımızda xüsusi çəkisi artıq 4%-dən aşağı düşüb (amma açıqlanmır ki, bu CAVAN avtomobillərin neçə faizi LADA markasına məxsusdur).
2022-ci ilin 7 ayında Azərbaycana 38 140 ədəd minik avtomobili gətirilib. İdxal avtomobillərinin orta qiyməti $10,97 min olub…
Qonşum gedib Almaniyadan 2006-cı il istehsalı olan Mercedes E250 gətirib. 4 min avroya alıb orda, 1200 avro da gətirmə xərci çıxıb. Burda da Gömrüyə və nömrəyə 10 min manat verib. Özü özlüyündə gətirən də sevinir ki, babat qiymətə Mercedes-ə sahib olub, Gömrüyün də kefi kökdür ki, möhür vurmağa görə almanın satdığı maşından daha çox gəlir əldə edib.
Bəs uduzan kimdir? Avroxlamı ildən ilə çoxalan, şəhərlərdə tıxaclara görə ekologiyası daha da bərbad vəziyyətə düşən, izafi yanacaq sərfiyyatı hər il artan ENERJİ ölkəsi…
Azərbaycan ötən il avtomobillərin idxalına 1 milyard dollara yaxın vəsait xərcləyib. İndi təsəvvür edin “geydirmə” ehtiyyat hissələrinin idxalına ölkəmiz nə qədər vəsait xərcləyir! Bu ehtiyat hissələrini başdansovdu qocalıq dövrünün avtomobillərinə quraşdıran nə qədər avtoservisrlər, ustalar və sair obyektlər işləyir…
Çoxlu sayda insanların əsəbləri buna dözmür və “remonta” ehtiyacı yaranır və beləcə də bu gün Medikal Mərkəzlərdə qəbul saatı 150-250 manat olan “nevropatoloqlar”a növbələr yaranır…
İlham Şaban, enerji məsələləri üzrə ekspert