Səudiyyə Ərəbistanının energetika naziri şahzadə Əbdüləziz bin Salman bildirib ki, OPEC+ neft hasilatını azaltmaq qərarına gələ bilər. O, bu qərara səbəb kimi fyuçers qiymətlərinin tələb və təklifin əsas halqalarını əks etdirməməsini göstərib.
Səudiyyə Ərəbistanının energetika naziri Şahzadə Əbdüləziz bin Salman fyuçers qiymətlərinin tələb və təklifin əsasını əks etdirmədiyini və gələn ay üçün planlaşdırılan OPEC+ yığıncağında neft hasilatını azaltmaq qərarı verilə biləcəyini bildirib.
“Bloomberg”in yazılı suallarını cavablandıran nazir Şahzadə Əbdüləziz bin Salman neft bazarının nəzəriyyə və praktikada getdikcə daha çox əlaqəsizləşdiyini açıqlayıb.
Həddindən artıq volatilliyin və likvidlik çatışmazlığının fyuçers bazarını kökündən sarsıtdığını ifadə edən Şahzadə Əbdüləziz, OPEC+un bu vəziyyətlə bağlı hərəkətə keçməli ola biləcəyini bildirib.
Fyuçers qiymətlərinin tələb və təklifin altında yatan əsasları əks etdirmədiyini bildirən Şahzadə Əbdüləziz, gələn ay təşkil olunması gözlənilən OPEC+ toplantısında hasilatı azaltmağa dair qərar verilə biləcəyini söyləyib. Nazir son dövrdə bu məcburedici dəyişkənliyin neft bazarlarının əsas funksiyaları və sabitliyini pozduğunun şahidi olduqlarını açıqlayıb.
Onu da qeyd edək ki, 23 avqust səhər saatlarına birjalarda bir barrel “Brent” tipli neft 97$-dan ticarət olunur.
Pünhan Musayev, iqtisadçı