Qlobal əmtəə bazarlarında neft-qaz qiymətlərinin və qeyri-neft ixracının əhəmiyyətli artımı fonunda 2022-ci ilin 6 ayı üzrə tədiyə balansında 4.6 milyard dollarlıq profisit yaranmışdır. Xam neftin orta qiymətinin ötən ilin eyni dövrünə nisbətən 43.5 dollar arataraq 101.2 dollara yükəldiyi cari ilin yanvar-iyun aylarında ölkənin xarici ticarəti, əldə edilmiş və göstərilmiş xidmətlər, ilkin və təkrar gəlirlər üzrə hesablaşmalarını əks etdirən cari əməliyyatlar balansında yaranan 10.3 milyard dollarlıq artıqlıq ölkəyə daxil olan və ölkədən çıxan vəsaitlərin (kapitalın) hərəkətini əks etdirən kapital və maliyyənin hərəkəti, o cümlədən tədiyə balansının müvafiq maddələri üzrə qeydiyyata alınmayan əməliyyatların nəticəsində formalaşan balanslaşdırıcı maddələr üzrə yaranan məcmu 5.7 milyard dollarlıq kəsirdən aşındıqdan sonra ölkənin qalan dünya ilə əlaqələri üzrə balansda belə bir profisit meydana çıxmışdır.

2022-ci ilin 6 ayı üzrə tədiyə balansının əsas göstəriciləri.

Qeyd etmək lazımdır ki, bir ölkənin tədiyə balansında formalaşan artıqlıq onun qısamüddətli iqtisadi artımı, milli valyutasının dəyər qazanması və Mərkəzi bankın rezervlərinin artmasına töfvə verən vacib başlıca amildir.

Tədiyə Balansının komponentlərinin detallı təfsilatı yenilənmiş formada Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi saytında yerləşdirilmişdir.

Pünhan Musayev
İqtisadçı.