Ermənistan sərhəd məsələsində elə bir dalana dirənib ki, özü öz qazdığı quyuya düşüb. Ermənistan sərhədlərinin hardan keçməsi məsələsini Sovet İttifaqından ayrıldığı vaxtdan etibarən malik olduğu sərhədlər hesab edirdisə, onda Azərbaycanın ərazisini niyə işğal etmişdi? Naxçıvana, Gəncəyə iddia edirdi.Deməli, özünün istinad etdiyi sərhəd xəritəsini özü inkar edirdi. Bununla da president yaradırdı ki, Azərbaycan da bu məntiqlə özününkü hesab etdiyi ərazilərə iddia etsin. Burda Azərbaycanın əlində Ermənistan ərazisində tarixi xəritələrlə sübut olunan geniş Azərbaycan əraziləri mövcuddur. Azərbaycan Ermənistandan istədiyi əraziyə iddia edə bilər.
Dünya birliyi əgər buna etiraz edirsə, onda Ermənistanın da iddialarına etiraz etməli idi. Yox əgər bunu etməyibsə, deməli, bunu qəbul edib. Bu durumda Azərbaycan da onların məntiqi ilə hərəkət edərək özünün hesab etdiyi ərazilərə sahib olma haqqını özündə saxlayır.
Buradan göründüyü kimi, Azərbaycan həm Ermənistanın, həm də ona dəstək verən ölkələrin məntiqi ilə çıxış edir. Bu baxımdan, burda kimin etirazı varsa, ilk növbədə özündən incisin. Presidenti yaradan onlardır. Azərbaycan onların yolundan gedir.

Azər Qasımov, politoloq