ABŞ 1846–1848-ci illərdə Meksikaya hücum edərək torpaqlarını 2 dəfə artırıb. Daha sonra özündə 1861–1865-ci illərdə vətəndaş müharibəsi başlayıb, 1 milyondan çox insan ölüb.

Hazırda ölkədə 2489 ailə I Dünya Savaşı, 296,547 ailə II Dünya Savaşı, 250,739 ailə Koreya savaşı, 1,8 milyon ailə Vyetnam savaşı, 252,345 ailə Körfəz savaşına görə təqaüd alır.Elə nəsillər var ki, bu savaşların hamısında iştirak edib, nəticələr hər birinə görə ayrı pensiya alır.

Bugün qarşıma çıxdı, ABŞ-Meksika və Vətəndaş savaşında dövlətin maraqları üçün döyüşən əsgərlərin kötücələri hələm də təqaüd alırmış. Elə də 1898-ci illərdə ulu babası ABŞ-İspaniya savaşında iştirak etdiyi üçün təqaüd alan ailələr var. 1899-cu ildə Filippinli inqilabçıları ilə ABŞ əsgərləri arasında kiçik qarşıdurmalar yaşanıb, həmən savaşda iştirak edən əsgərlərin nəticələrindən hazırda 4067 ailə təqaüd alır.

Orxan Vəliyev