Son zamanlar İranın Rusiyaya minə yaxın Pilotsuz uçuş aparatı (PUA )satmaq istəməsi ilə bağlı intriqa
getdikcə qızışır. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı son zamanlar müntəzəm olaraq məlumat
yayır ki,biz Ukrayna səmasında İran PUA-Iarını məhv edirik.
Qarş tərəf olan İran Xarici İşlər Naziri məsələyə münasibət bildirib deyir ki, Rusiyaya PUA satmırıq. Orada İran istehsallı PUA ola bilməz.
İran bu addımı atmaqla Rusiyanı dəstəkləyirmi?
Belə davam edərsə, İran münaqişəyə birbaşa qoşula bilərmi ?
AĞ PARTİYA sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı bununla bağlı açıqlanmasında bildirdi ki, burada
təəccüblü bir şey yoxdur:
“Fevralın 24-də savaş başlayandan bu vaxta qədər İran PUA-larının Ukrayna
savaşında Rusiya tərəfindən istifadə edildiyi yöndə məlumatlara dünya mediasında tez-tez rast gəlirik. Hətta İsrailin İranın əzəli düşməni İsrailin bu PUA-ları vurmaq üçün hərəkətə keçəcəyi yöndə də xəbərlər aldıq. Düşünürəm ki, cənub qonşumuz hələ bir qədər gecikib. Çünki son yarım əsrdə, yəni İranda inqilab baş verəndən bu günə qədər oradakı rejim daim beynəlxalq siyasətdə Rusiya ilə çiyin-çiyinə hərəkət edib. İndi sadəcə Rusiya-Ukrayna savaşında özünü seyrçi mövqedə göstərir. Hesab edirəm ki, qeyd etdiyiniz PUA-ları satsa belə, bu, sübutunu tapmayacaq. Çünki Ukraynada hazırda müharibədə ən müxtəlif formada
istifadə edilən silahların sayı hesabı yoxdur. Digər tərəfdən, sübut olunsa belə, ən yaxşı formada
İrana qarşı Qərb növbəti dəfə əlavə sanksiyalar tətbiq edə bilər. Rəsmi Tehran artıq bu
sanksiyalara uzun illərdir öyrəşib. Eynilə Rusiya kimi …”.
Siyasi şərhçi dolayı yolla olsa da, İranın bu savaşda Rusiyanın yanında olduğunu düşünür: “Hazırda heç
bir ölkə açıq formada Rusiyanı bu savaşda dəstəkləyə bilmir. Çünki şimal qonşumuz Ukraynada
işğalçılıq müharibəsi aparır və başqa bir dövlətin ərazisinə təcavüz edib. Amma bununla belə Putinin
qarşısında dayanmamağın özü elə onu dəstəkləmək anlamına gəlməlidir. Baxın İran belə dövlətlər
sırasında öndə gəlir. Bir də kim əminliklə deyə bilər ki, “arxa bağçada” Tehran Moskvaya hansı dəstəyi
verir, yardımı edir? Ara-sıra üzə çıxan İranın Ermənistantana etdiyi silah yardımlarını da burada
unutmayaq…”.


Partiya sözçüsü hazırkı durumda İranın Rusiya tərəfindən müharibəyə qoşulmasına hələ ki, bir
ehtiyacın yaranmadığını qeyd etdi:
“Rusiya Ukraynada hələ ki, təkbaşına savaşını aparır. Ukrayna
tərəfdən birbaşa münaqişəyə canlı qüvvə ilə qoşulan bir ölkə yoxdur. Onun üçün də Rusiya tərəfindən
də belə bir ölkə hazırkı durumda olmayacaq. Müharibənin ilk günlərindən Belarus Rusiyanın
yanındadır. Canlı qüvvə ilə Ukraynada döyüşür? Əlbəttə yox. İki tərəfdən də digər dövlətlər
münaqişəyə birbaşa qoşulsa, bu III Dünya Müharibəsi demək olar. Bunu da dünyanın özü istəmir.
Yaza qədər bu durum davam edəcək. Yəni Ukrayna və Rusiya təkbaşına bir-biriləriylə savaşacaqlar”.

Jalə Gözəlova, BDU Jurnalistika fakültəsinin tələbəsi