DTX-ın keçirdiyi son əməliyyat bir daha onu göstərdi ki, cəmiyyət olaraq ayıq-sayıq olmalı, İran xüsusi xidmət orqanlarının tələlərinə düşməməliyik.
İllərdir insanlar Azərbaycandan İrana müalicə, ziyarət, dini təhsil almaq və s. səbəblərdən gedir. Lakin son araşdırmalar və DTX-nın əməliyyatları göstərir ki, İrana təhsilə və ya müalicəyə gedən Azərbaycan vətəndaşlarının bəziləri müxtəlif yollarla rejimin xüsusi xidmət orqanları ilə əməkdaşlığa cəlb olunur. Özü də bu hər kəsdə eyni cür baş vermir. Kimi təzyiq, kimi şantaj yolu ilə, bəziləri isə buna məcbur edilir. Sonra həmin şəxslər müxtəlif yollarla əməkdaşlığa cəlb edirlər.
Keçirilən əməliyyatlara baxmayaraq, hələ də İran agenturasının təsirində olan bu və ya başqa formada onlara çalışmağa məcbur olan insanlar olması mümkündür. Ümumiyyətlə, belə insanlar anlamalıdır ki, gec-tez ifşa olunacaqlar. Buna görə də yaxşı olardı özləri könüllü şəkildə Azərbaycanın müvafiq orqanlarına gedərək etiraf edib təslim olsunlar!
Turan Rzayev, siyasi şərhçi