Microsoft şirkəti Azərbaycandan gedir–deyə məyus olanlar məsələnin dərinliyinə baxsa yaxşı olar. Məsələn, ən azı “Microsoft Ermənistan” və “Microsoft Azərbaycan” bu 10 illərdə nə edib?-sualına müqayisəli təhlillə cavab verər..
Azərbaycanda yüksək texnologiyaların-süni intellektin inkişafı ilə bağlı təhlillərimizdən:
“Mikrosoft Ermənistan” şirkəti, Ermənistandakı “The Microsoft Innovation Center Armenia”-nı Şərqi Avropanın Top şirkətləri sırasına çıxarmağa nail olub.
Microsoft şirkəti USAİD-lə BİRLİKDƏ yeniyetmələrin ödənişsiz Süni İntellekt təlimi üçün ” İnkubator Müəssisə Fondu” (“Enterprise Incubator Foundation (EIF) yaradılmasına 45 milyon dollar ayırıb. Avropa Birliyi ilə birgə layihə( EU4Business Technology Development for Armenia), “Ermənistan-Hindistan Qabaqcıl Təcrübə Mərkəzi” və s.çoxsaylı nümunələr də yaradıb.
Bəs “Mikrosoft”un Azərbaycan şirkətinin bu sahədə fəaliyyəti necə olub? Microsoft Korporasiyasının təmsilçiliyi Azərbaycanda 2005-ci ildən fəaliyyət göstərir. Saytında yazılıb ki, “Təmsilçiliyin məqsədi Microsoft Korporasiyasının ən son məhsul və həllərinin daha səmərəli tətbiqi vasitəsilə Azərbaycanın strateji inkişaf məqsədlərinə çatmasına xidmət etməkdir.” Microsoft-un: Azərbaycan, həmçinin, Türkmənistan və Tacikistan üzrə Baş Direktor, MDB İdarə Heyətinin üzvü Sərxan Həşimov İKT sahəsində tanınmış təcrübəli mütəxəssis olsa da, Microsoft Azərbaycanın fəaliyyətin nəticələri Ermənistandakı ilə müqayisədə SIFIRDIR. Bunun sirri nədir?
Qurumin saytında yazılıb ki, onun cəmi 8 əməkdaşı var. Həmçinin Azərbaycanda 56 tərəfdaşı-İT şirkəti var. “Microsoft Azerbaijan”ın qlobal texno strateqi Frenk Kolevart: “ Süni intellektlə bağlı nə işlər görülür?”- sualına belə cavab verib: Gömrük sahəsində “vahid pəncərə” sistemi tətbiq olunur. Microsoft Azerbaycanın dövlət qurumları ilə iş üzrə rəhbəri Kamran Əsədov isə: “Azərbaycanın süni intellekt strategiyasının hazırlanması prosesi nə yerdədir?”-sualına cavabında deyib: Hazırda Azərbaycan hökuməti süni intellekt strategiyasının təklifinin(?-red) hazırlanması ilə məşğuldur. Microsoft” strategiya hazırlamır. Strategiyada yer almış istəklərin reallaşdırılması üçün cəlb olunur. Strategiya və istəklər isə hər bir dövlətdə fərqlidir.”
NƏTİCƏ:
Azərbaycana 10 illərlə yalnız “inqilab və demokratiya ixracına cəhd edən” ABŞ-ın USAİD və Avropanın analoji qurumları,bundan fərqli olaraq, Ermənistanda yüksək texnologiyalar və Süni İntellekt sənayesi qurmağı hədəfə alıb. Ayrılan maliyyə həcmi milyondan –yarım milyarda qədər həcmdədir.
Microsoftun getməsi çox gecikib….