Çox adam elə bilir ki, Azərbaycan Fələstin-İsrail münaqişəsində ikincinin mövqeyini dəstəkləyir.

Azərbaycan nə faktiki, nə də hüquqi, nə də siyasi cəhətdən İsraili dəstəkləyir.

Azərbaycan, münaqişənin sülh yolu ilə, Şərqi Qüdsün Fələstin Dövlətinin paytaxtı olmaqla iki dövlət prinsipi əsasında həllini dəstəkləyir.

Azərbaycanın həm İsraildə səfirlik açılması, həm də Fələstində nümayəndəlik təsis edilməsi qərarı da həmin balansı saxlamaqdır (Vaxtı ilə bu mövzudakı verdiyim şərhin linkini rəy bölməsinə atıram).

Bununla belə:

1. İsrail Azərbaycana heç zaman Fələstin məsələsinə görə etiraz etməyib, çünki bu mövqe Bakı-Təl-Əviv tərəfdaşlığına xələl gətirmir.

2. Fələstin Azərbaycandan əməli dəstəklər də gözləmir, sadəcə siyasi dəstək ona bəs edir.

Azərbaycanın Fələstinlə də münasibətləri normal axındadır!

Aqşin Kərimov, siyasi şərhçi