⚡️Rusiya Qarabağda öz ayağına sıxdıBu gün Rusiya tərəfinin MKİ və Mİ-6 rəhbərlərinin İrəvana səfərlərinə verdiyi reaksiya göstərir ki, Moskva iki il əvvəl 10 noyabr gecəsində tərəflər arasında atəşkəs anlaşmasını monopoliyaya almaqla və bölgədəki separatizmi dəstək olmaqla nə qədər sevindirdisə, divident qazandığını düşünürdüsə, bu gün atdığın addımı əsrinə çevrilib desək, qətiyyən səhv etmərik.Axı Rusiya kimi bir dövlət hesablamalı idi ki, qlobal savaşda ölü nöqtələr onun üçün qanayan yaraya və sinir uclarına çevriləcək. Düzdür, Ukrayna müharibəsinin yanlış hesabları indiki məntiqi daha aydın şəkildə anlamağa imkan verir. Lakin Moskvanın “Vodka” qoxuyan rəsmi kuluarlarinda dumanlı təsəvvürlərdə “arxamızda İngiltərə, Amerika ikinci cəbhə açır” versiyasına köklənmə qədər dəhşətli bir hiss yoxdur.Rusiya öz yaratdığı əsərin əsirinə çevrilib.Qarabağda, Qafqazda girova çevrilib. Nə bölgədən çıxa bilir, nə də bölgədə sakit fəaliyyətə davam edə bilir.Ən rəzil vəziyyət isə Putinin Paşinyan kimi siyasi “kloun”un əsirinə çevrilməsidir.Bəs Azərbaycan?Rusiya lideri Vladimir Putinlə Azərbaycan lideri İlham Əliyevin 22 fevral 2022-ci ildə imzaladığı və dərhal da qüvvəyə minən bəyannamə Rusiya üçün zamanında unikal xilas yolu idi.Bu yolun səmərəli istifadəsi Rusiyanın Qafqaz bölgəsində dinamik və təhlükəsiz qalmasına açıq şərait yaradırdı.Lakin Moskvanın siyasi texnoloqlari hər şeyi silah yolu ilə həll edə biləcəklərini hesabladıqları üçün sivil görüntülü azərbaycanlı obrazına bələd deyildi.Onlar 20 Yanvarda, Xocalıda, Ağdabanda və onlarla belə yerdə məhv etdikləri xalqı tanıyırdılar, iki yüz illik işğal dönəmini beyinlərdə başa çatdıran vətən müharibəsində isə yeni müasir silahlı Azərbaycan hərbçisi ilə tanış oldular.Amma onlar heç vaxt Laçın – Şuşa yolunda silahsız, məğrur, dik dayanan, onların müasir silahlarına qarşı sinəsi ilə meydan oxuyan azərbaycanlı obrazına öyrənməyiblər. Onların tanıdığı azərbaycanli səngərdə olmalı idi. Ancaq indi səngər açıq havada, üzbəüz bəlkə bir metrdən də az məsafədədir.Putin bu azərbaycanlının da əsridir.Amma Xankəndində olanların oyunlarının əsridir, bizim isə torpağımızda olduğu üçün avtomatik əsirdir.Çünki bəyannamənin 11-ci bəndinə əsasən, Rusiya Federasiyası və Azərbaycan Respublikası öz ərazilərində bir-birinin dövlət suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş təşkilatların və şəxslərin fəaliyyətini qətiyyətlə dayandırırlar:Amma biz bu dayanmanı və dayanışmani bizimlə görmürük axı.Əgər düşünürlər ki, Qərb fəal şəkildə Cənubi Qafqazdakı vəziyyəti gərginləşdirməyə və bu gün əsas səylərini “xüsusi hərbi əməliyyata” yönəltmiş Rusiyaya qarşı ikinci cəbhə açmağa çalışır. MKİ və Mİ-6 rəhbərlərinin İrəvana səfərləri, Qarabağda erməni separatçılarının nümayişkaranə şəkildə təxribat xarakterli hərəkətləri, AB, Fransa və ABŞ-ın danışıqlar təşəbbüsünü Moskvadan almağa və onu bölgədən çıxarmağa çalışması, güc tətbiq etməyə fəal cəhdlər bu səbəbdəndir” və ya yenə düşünürlər ki, erməni lobbisinin, beynəlxalq erməni diasporunun və onun arxasında duran Qərb kəşfiyyat xidmətlərinin (MKİ, Mİ6 və DGSE) məqsədi və vəzifəsi rus sülhməramlıları ilə azərbaycanlılar arasında toqquşmalara səbəb olmaqdır. Məqsəd odur ki, Rusiya ilə Azərbaycan arasında genişmiqyaslı hərbi münaqişə başlasın, bunun ardınca Türkiyənin vasitəsilə NATO ölkələrinin hərbi kontingenti Cənubi Qafqaz regionuna yeridilsin!Yəni söhbət Rusiya Federasiyasına qarşı ikinci cəbhənin açılmasından gedir. Bax bu ssenarinin müəllifi məhz Rusiya idi. O Rusiya ki, yanlış hesabların ardınca bu gün sinəsi Ukraynada güllələnir, ayağına isə Qarabağda Paşinyan bomba bağlayır, bax bu, siyasi evtanaziyadir.

Əziz Əlibəyli