Rusiya postsovet ölkələrində yaratdığı separat bölgələri öz nəzarətinə ona görə alır ki, sonra onları yenidən həmin respublikalara qaytarsın.
Amma necə?
Rusiya yenidən bərpa etməyə çalışdığı sovetsayağı birliyə nəzarətində olan əraziləri həmin ərazi sahibləri dövlətləri yenidən daxil edəndən sonra geri qaytaracaq. Bu, həm Rusiyanın, həm də onun həmin ölkələrin başına gətirəcəyi rəhbərlərin adına müsbət imic formalaşdıracaq.
Məsələnin incəliklərinə nəzər salsaq görərik ki, Rusiya belə bir siyasət yürüdür. Rusiya nəzarətində saxladığı ərazini öz əvvəlki sahibinə qaytaranda təbii olaraq əks tərəf narazı qalacaq. Bunun üçün narazı tərəf yaranmasın deyə həmin ərazini özünə birləşdirir, bilir ki, bu tərəf onun öz adamıdır və ümumi dövlət olandan sonra onların formal olaraq hansı dövlətdə yaşaması heç nəyi dəyişməyəcək. Özünə birləşdirmədiyi, amma nəzarət etdiyi ərazini isə hələlik kimsəyə vermək istəmir ki, sonra geri qaytaranda qarşı tərəf ondan çox narazı olmasın. Hal-hazırda Qarabağda baş verənlər də bunu sübut edir. Plan eynən işləyir, sadəcə ümumi nəticəyə gəlmək üçün neytral görünülüb vaxt qazanılır.
Rusiyanın planları bu ola bilər, amma pribaltika dövlətləri və Azərbaycan üçün birlik dövləti məfhumu mümkünsüz işlədir. Rusiya o qədər ağlını itirməlidir ki, bu dövlətləri güc yolu ilə hansısa birliyə cəlb etməyə cəhd etsin. Əsl dünya müharibəsi onda çıxar.
Azər Qasımov, politoloq