Ərdoğan Zəngəzur dəhlizinin Ermənistan ərazisində olmaya biləcəyinə eyham vurub.

“Naxçıvan və Azərbaycanın digər bölgələri ilə birbaşa quru və dəmir yolu əlaqələrinin yaradılması əlaqələrimizi daha da gücləndirəcək. Odur ki, biz bu dəhlizin ən qısa zamanda açılması üçün hər şeyi edəcəyik. Bu dəhlizin həyata keçirilməsi Türkiyə də üçün çox vacibdir. Azərbaycan üçün bu, strateji məsələdir və tamamlanmalıdır.

Bu dəhliz açıldıqda Bakıdan çıxan avtomobil və ya qatar birbaşa Qars şəhərinə gələ biləcək. Bu məsələdə İrandan müsbət siqnallar görmək sevindiricidir. Dəmir yolu Türkiyə ərazisindən Naxçıvana, Ermənistana və Azərbaycana keçir. Ermənistan yol verməsə, hara gedir? İrandan keçir. İran indi bu məsələyə müsbət baxır”, – deyə Ərdoğan bildirib.

Türkiyə prezidenti bildirib ki, regional blokada məsələsi münaqişə və hay-küy olmadan həll edilməlidir:

“Əgər biz Zəngəzur və Laçın dəhlizlərinin sülh dəhlizinə çevrilməsini istəyiriksə, bu məsələni münaqişəsiz, hay-küysüz həll etməliyik. Ermənistan buna qarşı olarsa, o yol İrandan keçəcək. İran indi bu məsələyə müsbət baxır”.

Bu qədər gözəl və yapıcı, rasional bir bəyanatı ermənilər necə aşağıdakı kimi anlayırlar, başa düşülmür:

“Ərdoğanın bu yeni bəyanatı Türkiyə, Azərbaycan və Rusiyanın Ermənistana qarşı güc yolu ilə Zəngəzur dəhlizi əldə etmək planından əl çəkəcəkləri anlamına gələ bilər. İran və ABŞ-ın bu məsələdə çox böyük rolu var”.

Halbuki, Ərdoğan açıqlaması ilə Ermənistan və İranı strateji maraqlar üzərindən qarşı-qarşıya qoya bildi. Ona görə ki, İrana eyham edildi ki, səni nəzərə alırıq, amma Ermənistan variantı da var, Ermənistan üçün isə açıqlandı ki, müttəfiqin İranla bu layihəni reallığa çevirə bilərik ki, bu sənin tarixi itkin ola bilər.

Qayıdaq ABŞ məsələsinə.

Deməli, bütün proseslərin kökündə yaxın bir neçə il əvvəl Süveyş kanalında baş verən qəza hadisəsi dayanır.

Belə ki, 2021-ci ildə göyərtəsində 20 min konteyner olan “Ever Given” gəmisinin saya oturması ilə dünya iqtisadiyyatında bir həftə ərzində böhran yaşandı. Bu hadisə göstərdi ki, dünyanın təcili alternativ bir yola ehtiyacı var.

Əziz Əlibəyli, beynəlxalq münasibətlər üzrə ekspert