– İran tərəfi terrorla bağlı mühüm addımlar atmaq əvəzinə hibrid müharibəyə start verib.
Tehranın Azərbaycanda olan fərdləri və telegram kanalları Azərbaycan mediasını hədəfə alıb ki, niyə Tehrandakı səfirliyimizdə öldürülən Orxan Əsgərovun doğulduğu evdən görüntülər verirlər və İrana qarşı nifrəti körükləyirlər.
İkinci tezis kimi qeyd edilir ki, hadisə Sionist köpəkləri tərəfindən qurulmuş planın tərkib hissəsidir.
Yaxşı, onda etiraf etmirsinizmi ki, Mossad Tehranda, gözünüzün qabağında terror törədir, lakin öz paytaxtınızda qarşısını almağa gücünüz çatmır (Zatən SEPAH nüvə alimi Mohsen Fəxrizadənin Tehranın düz mərkəzində Mossad tərəfindən öldürülməsi vaxtı nə edə bildi ki.)
İsrailin Azərbaycandakı səfirini hədəfə alıblar ki, onun da anası ermənidir – bizi erməni kartıyla vurmayın.
Ərdəbilin İmam Cüməsi Ayətullah Seyid Həsən Amili öz tvitter yazması ki, hadisənin şəxsi və ailə motivi olub və bu, iki ölkə arasındakı münasibətlərə kölgə salmamalıdır – o zaman Ölkə prezidentimizin açıqlamasına onlardan adekvat cavab əvəzinə “yaxşı etmişik, budur” ritrokası deyilmi?
Daha bir tezis var: Türkiyədə də Rusiya səfiri öldürülmüşdü, Türkiyə terror dövlətidir?
Adamların məntiqinə görə Tehrandakı terrorda səfir öldürülməli imiş.
Hətta iddia edirlər ki, İran Talıbovun qisasın aldı, özlərinin Naxçıvan Qüdsü dedikləri üçün?
Suala baxın: “Özünüzə sual verin niyə Hikmət Hacıyev və İsrailin Azərbaycandakı səfiri Corc Dik Azərbaycanın İrandakı səfirliyinə hücumu müzakirə etməlidirlər?”
Niyə etməməlidirlər ki, baxın bacınız Ermənistanda səfirlıəriniz, konsullarınız nə işlə məşğuldur.
Tezisə baxın: “Özlərini yandıran qazilərə bir çarə edə bilmiyən və ya etmək istəmiyən rejim nə yaxşı bir nəfərin ölümünə görə belə narahatdır”. Siz niyə narahatsınız bəs?