Dünyada insanların 52%-i öz ərazilərində velosiped sürməyin çox təhlükəli olduğunu düşünür
Dünyada aparılan yeni irimiqyaslı sorğu müəyyən edib ki, yetkin insanların əksəriyyəti ekologiyanın təmizliyi və nəqliyyatın hərəkətinin azalmasında velosipedin mühüm rol oynadığını düşünür (80%). Bununla belə, həmçinin iştirakçıların yarısı (52%) yaşadıqları ərazidə velosiped sürməyin çox təhlükəli olduğunu deyir. Çin, Yaponiya və Hollandiyada insanlar günlük işlərini görmək üçün əsasən velosipedə üstünlük verdiklərini deyib. Buna səbəb isə bu nəqliyyat növünün adı çəkilən ölkələrdə xüsusi yer tutmasıdır. Sorğuda vətəndaşların böyük əksəriyyəti yeni infrastruktur layihələrində avtomobillərə nisbətən velosipedlərə üstünlük verilməsinin tərəfdarıdır.
Ümumi araşdırma müəyyən edib ki, velosipeddən 2 km kimi məsafələrdə istifadənin az qismi yetkin insanlaırn payına düşür (14%). Bununla belə, velosiped Hollandiyada (45%) və Çində (33%) qısa yerli səfərlər üçün ən çox yayılmış nəqliyyat növüdür. Həmçinin Yaponiyada (27%), Hindistanda (21%), Almaniyada da (21%) bu nəqliyyat növündən geniş istifadə olunur.
- Xəritədə gündəlik istifadə üçün velosipedin ən geniş yayıldığı ölkələr daha tünd rənglə boyanıb.
Velosipedin müsbət təsirləri
Bütün ölkələrdə iştirakçıların böyük əksəriyyət velosipedin karbon emissiyasının azaldılmasında (Peru və Çində 94%, Almaniyada 77%) və nəqliyyatın hərəkətinin (Peruda 94%) azalmasında mühüm rol oynadığı ilə razılaşır. Bu sorğu ilə razılaşan ABŞ vətəndaşlarının faiz göstəricisi isə 62-dir.
Bundan əlavə, velosiped bütün digər nəqliyyat növləri ilə müqayisədə daha yüksək səviyyədə rəğbətə malikdir. Belə ki, dünya üzrə orta hesabla 82% insan velosipedlərə müsbət baxır, avtomobillər üçün bu rəqəm 74%, elektron velosipedlər üçün 73%, motosiklet və ya mopedlər üçün 59%-dir.
- Şkalada göstərilən 12 % iştirakçı bildirib ki, onlar velosipeddən qısa məsafələr üçün az da olsa istifadə edir.
- 35% insan bildirib ki, onlar həftədə ən az bir dəfə velosipeddən istifadə edir.
- 52% iştirakçının sözlərinə görə isə velosipeddən istifadə üçün onların yaşadıqları ərazi uyğun deyil və velosiped sürmək həmin ərazilərdə təhlükəlidir. Sorğu karbon emissiyasını azaltmaqda velosipedlərin əsas rolunu və yeni infrastruktur layihələrində velosiped vasitəsinə insanlar tərəfindən bəslənən ümumi müsbət fikri ortaya çıxarıb.