Amazon meşələri kimi görünsə də bura Mingəçevir su anbarının şimal şərq tərəfi, Tuqay meşələridir. 100 il əvvəl Kür, Araz çayı Xəzərə tökülənə qədər bucür meşələrlə əhatəli olub. Abşerondan çıxanda belə meşələrlə rastlaşırdın. Sovet dönəmində 10 min illik yaşı olan bu meşələri ucdantutma qırıb, yerində pambıq əkiblər. İndi rayona gedəndə yol boyu ot bitməyən, rəngli, kefiyyətsiz torpaqlar görürük, həmən pambığın məhv etdiyi torpaqlardır.Aran zonsı yaşlılarla bu haqqda danışırdım, deyirdilər biz gəncliyimizdə balıq tutmaq üçün çox çətinliklə bu meşəliklərdən keçib Kürə çata bilirdik. Əsasən qovaq, palıd, qarağac, tut, söyüd kimi ağaclarla zəngin olduğundan meşələr çox sıx və keçilməz olub. İdeal şəraitinə görə çöl qabanları, tülkülər, dovşanlar və qırqovul, göyərçin, turac, qaratoyuq kimi quşlarla zəngin olub ki, hamısının kökü kəsilib.Qədim vaxtlardan torpağı eroziyadan və quraqlıqdan qoruyan Tuqay meşələri və ya kol-koslar qırıldıqca, torpaqda suyu saxlayan, buxarlanmanın qarşısını alan amillərdə yoxa çıxdı. Nəticədə quraqlıq, şirin suların itməsi, yağıntıların azalması bugün ölkə probleminə çevrilib.İllərdir Tuqay meşələrinin bərpası ilə bağlı dövlət layihələrinin hazırlanması ilə bağlı xəbərlər eşidsəm də ciddi heç bir addım görməmişəm.