Texnofestivallar tez-tez keçirilməlidi. Sadəcə keçirmək də deyil, elmi-texnoloji layihələrə investisiya ayrılmalıdır. Ya ölkəmizdə bunun iqtisadi faydalarına, startup sektoruna mümkün qatqıları dəyərləndirilməli, mümkün təsisat üçün infrastrukturlar qurulmalı, ya da yaradılan hansısa layihələri dünyaya çıxartmaq, proyektlərin patentindən kapital əldə etmək lazımdır. Sizə zarafat gəlməsin. Bugün elə ölkələr var ki, universitetlər özü bir iqtisadiyyatdır. Qərbdə, uzaq şərqdə var belələri. Texnoloji layihə satırlar ki, milyardlarla pul edir.Bugün və gələcəyin dünyasında kapital ideyalardadı. İdeyaların önünü açmaq gərəklidir. Elmi-texnoloji layihələrə insanları təşviq etmək gərəklidir. Mənasız konsertlər, festivallar, dəyərsiz əyləncələr, yarışlar əvəzinə elmi-texnoloji sərgiləri insanımıza vərdiş etdirmək lazımdır. Kiçik yaşlarından uşaqlar innovasiyaya meyl etməlidirlər.Bu proses bir mədəniyyətə çevrilərsə bəhrəsini illər sonra hiss etmək mümkün olacaqdır. Heçnə anidən olmur. Unutmayın ki, hər bir gələcəyin uğurları keçmişin layihələridir.