1. İlk dəfə idi ki, sərhəddə atəşkəsin pozulmasına Ermənistan tərəfi adekvat təkzib reaksiyası verə bilmədi. Əvəzində bütün sosial şəbəkəni və medianı, şəxsləri Ermənistan MN-in məlumatlarına istinad etməyə çağırdı.
! Əlbəttə ki, ordunun və siyasi administrasiyanın maraqları fərqli olduğundan və ya başqa – başqa dairələrin maraqlarına qulluq etdiklərindən vahid sinxron fəaliyyət mümkün deyil. Bu vəziyyət onu da aşkar edir ki, Ermənistan tərəfi artıq bilmir ki, təxribatı özlərindən hansı qüvvələr törədir. Burada əməli qəbul edirlər, təşkilatçıni bilmirlər.
2. Ermənistan tərəfi hadisəni araşdıracağıq açıqlaması verməsi bizim üçün pozitiv nöqtələr yaratsa da, daxili siyasi – hərbi vəziyyətin böhran yaşadığını ortaya qoydu və bu açıqlama ilə Pasinyan administrasiyası erməni ordusunu zərbə altında qoydu.
3. İlk dəfə idi ki, hadisə barədə ilk məlumatı ölkənin müdafiə nazirliyi deyil, parlamentin Müdafiə, Daxili İşlər və Milli Təhlükəsizlik Komitəsinin sədri Andranik Köçəryanın açıqlaması və dörd hərbçinin ölməsi barədə məlumat verməsi belə yekun doğrudu ki, Ermənistanda faktiki ordu parlamentə tabe edilib və onu artıq hərbçilər deyil, siyasətçilər idarə edir. Əslində bu açıqlama ilə Ermənistan siyasi elitası öz ayağına sıxmış oldu ki, Azərbaycan sərhəddə baş verən təxribat əmrininin Pasinyanin parlamentində verildiyinə artıq əmindir.
4. Yeri gəlmişkən, hadisənin baş verdiyi ərazi Azərbaycana aid olmaqla yanaşı, son 100 ilədə ermənilər tərəfindən yaylaq kimi istifadə edilib və bizim onlara ciddi baxmamağımiz sayəsində yeri özəlləşdirib, özlərinin sayıblar..amma Azərbaycan vətən savaşında və sonrakı üç ildə reallaşdırdığı təmizlik əməliyyatları ilə öz ərazi bütövlüyünü bərpa edib və hərbi elementlər bölgədən qaçıblar. Deməli, Azərbaycan hərbçisi yeni sərhəd qurğuları üzərində xidmət aparır və nəticə göstərir ki, olduqca uğurlu hərbi şərait mövcuddur və ya inşa edilib.
5. Ermənistanın “araşdıracağıq” mövqeli açıqlamasından sonra Azərbaycan “Qisas əməliyyatı” keçirdiyini açıqladı. Bu, belə kimin nə qədər haqlı olduğunu göstərən dəqiq təsbitdir.
6. Ermənilərlə əlaqələrin tarixində ilk dəfədir ki, Azərbaycan tərəfi çox sərt adekvat reaksiya verir. Ermənistanda bir çoxu iddia edir ki, Serj Sarkisyan dövrünün sonuna qədər bu üstünlük həmişə Ermənistan tərəfdə olub. Ermənistan tərəfi isə rəsmi qaydada Azərbaycana hərbi cavab verildiyini istisna etdi və bunun özünün bir ilk olmasını və hansı səbəbdən olmasına baxaq:
7. Ermənistan tərəfinin hərbi “yatma” üsullu davranışı kontekstində Azərbaycanın müvafiq qurumları dərhal binokllu diplomatlarla bağlı açıqlama yaydı.Rəsmi Bakı Cozep Borrellin iddialarına sərt münasibət bildirib.
“Avropa İttifaqı Missiyası himayəsi” altında yerləşdirilmiş muzdlular Azərbaycan hərbçilərinin həyatına təhdiddir.
8. Ölən şəxslərin təvəllüd tarixləri göstərir ki, bunlar aktiv hərbçi dən çox muzdlu şəxslərdir və daha sonra terror təşkilatının üzvləri olduğu da aşkar edildi.
Ona paralel Paşinyanin “Ermənistan MN Azərbaycanla sərhəddə təxribat yaratmamaq barədə əmr verib” tapşırığı meydana çıxdı.
1. Ermənistan ordusu hanı?
2. Terrorçular haçandan ölkə sərhədini qoruyur?
3. Avropa İttifaqı missiyası burda hansı mövqedə idi?
Bu sualların əslində cavabını Azərbaycan xarici işlər nazirliyinin bəyanatı verir.
9. 13 sentyabr hadisələrini yəqin ki, çox adam xatırlayır: 2022- çi ildə Ermənistan silahlı qüvvələri Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədir və həmin hadisələrin başlanğıc nöqtəsi məhz dünən erməni snayperin atəş açdığı nöqtədə başlayan toqquşmalar idi. O zaman yeni sual meydana çıxır:
Yeni 13 sentyabr yaşanır?
13 sentyabr hadisələrinin nə ilə bitməsini isə dövri ədəbiyyatda hər kəs oxuya bilər.
10. Və nəhayət, ilk dəfədir erməni xalqı soruşur: sərhəd hardan başlayır? Ümumiyyətlə, Ermənistan hardan ibarətdir və bizi idarə edən şəxslərin məqsədi nədir?
Sitat: Övladlarımızın ölməsində Azərbaycan günahkardır – bəs, Paşinyan hakimiyyəti necə?
Axı Nikol istəsə, erməni gəncləri ağılsız və işğala əsaslanan ideologiya uğrunda ölməzlər…
Əziz Əlibəyli