Azərbaycan torpaqlarını vaxtilə Ermənistan işğal edəndə dünya birliyi hesab etdiyimiz ölkələr bu işğala sakit baxmış, hətta Xocalı soyqırımını törədəndə belə buna biganə yanaşmışdılar. Rusiya, ABŞ, Fransa onda da, indi də həmin ölkələr idi, indi də belədir. Onlar bu işğala bilavasitə kömək etmiş, heç bir beynəlxalq hüquq tanınmamış, sonralar da bu işğala lazımı hüquqi qiymət verilməmişdi.
İndi də Azərbaycanın Zəngəzuru işğal edəcəyini deyəndə beynəlxalq hüququn güclünün yanında olduğunu bildikləri üçün bunu deyirlər. Çünki özləri bu yolun yolçularıdır. Hesab edirlər ki, Azərbaycanın Zəngəzuru geri alması mümkün variantdır, xüsusən də, tarixi gerçəkliklərdən xəbərdar olduqları üçün.
Azərbaycanın Qərbi Zəngəzuru hərb yolu ilə geri alması tarixi həqiqətən yerinə yetirilməsi olacaq. Onsuz da Ermənistan bu ərazilərdən Azərbaycanın istifadəsini belə istəmir, o ki qala onu bizə geri verməyə razı ola. Azərbaycan sadəcə güclü təbliğat maşınını işə salmalıdır.
Dünya ictimaiyyətinin fikrində Zəngəzurun Azərbaycan torpaqları olması gerçəyini yeritməlidir. Ola bilməsi mühtəməl sanksiyalar halına hazırlıq məqsədi ilə valyuta ehtiyatlarımızı təhlükəsiz yerlərə köçürməliyik.
Bundan sonra gündəmimiz ancaq Qərbi Zəngəzur olmalıdır.
Azər Qasımov, politoloq