Dünyanın ən böyük qaz şirkəti olan Qazprom-un Amsterdamda ən azı on altı Hollandiyalı törəmə şirkəti var. Rusiyanın dövlət şirkəti mövcud sanksiya qaydalarından kənarda qalmağa davam edir, buisə o deməkdir ki, “Qazprom”un Hollandiyada yerləşən poçt qutusu şirkətləri Rusiya Federasiyası üçün mühüm gəlir mənbəyi olaraq qalmaqdadır.
Hollandiyadakı “Qazprom” aid qurumlar 2020-ci ildə “Qazprom”-un ümumi gəlirinin əhəmiyyətli bir hissəsini təmin edib və onların töhfəsi neft və qaz qiymətlərinin yüksək olması səbəbindən indiyə qədər demək olar ki, artan istiqamətdə irəliləyib. SOMO, bu araşdırmada “Qazprom”-un 16 törəmə şirkətinin ümumi aktivlərinin 2020-ci ildə (məlumatların mövcud olduğu son il) ən azı 20,6 milyard dollar təşkil etdiyini müəyyən edib. Törəmə şirkətlər 2020-ci ildə Hollandiyadan Rusiyadakı mərkəzlərinə 5,8 milyard dollardan çox vəsait köçürüblər ki, bu da həmin il Rusiya hökumətinin xərclərinin 1,9%-nə bərabərdir.
Tədqiqatçılar həmçinin “Qazprom”un törəmə şirkətləri üçün işləyən Hollandiya hüquqi və korporativ xidmət təminatçılarının xəritəsini tərtib ediblər. Buraya hüquq firmaları, mühasiblər və şirkət provayderləri daxildir. Bu yerli imkanlar olmasaydı, “Qazprom”-un Hollandiyadakı dəniz strukturu daha yavaş və çox zəif fəaliyyət göstərərdi.
Bu aktivləşdiricilərdən bəziləri artıq bütün rusiyalı müştərilərini (Houthoff hüquqşünasları və Intertrust) buraxdıqlarını elan ediblər. Qlobal miqyasda “Böyük Dördlük” adlanan mühasibat firmalarından biri olan ‘’PricewaterhouseCoopers (PwC)’’ mühasibat firması SOMO tərəfindən araşdırılan “Qazprom”-un 16 törəmə şirkətinin hamısının mühasibi funksiyasını görməkdədir. O, ‘’Qazprom’’-un Hollandiyadakı törəmə şirkətlərinə xidmətlərin göstərilməsini dayandıracağını təsdiqləməyib.