Bütün fərqli siyasi cəbhələrdən olan amerika vətəndaşları Rusiyanın Ukraynaya müdaxiləsinə cavab olaraq ona qarşı sanksiyaları, və o cümlədən yanacaq idxalına qadağaları yekdil şəkildə dəstəkləməyə davam edir. Monmouth (“Mon-muth”) Universitetinin ən son sorğusu onu göstərir ki, ictimai rəy son iki ayda demək olar ki, dəyişməyib. İnsanların böyük çoxluğu Ukraynaya silah tədarükünün və Avropalı müttəfiqlərin təhlükəsizliyinin ABŞ qoşunları ilə gücləndirilməsinin tərəfdarıdır. Əksər amerikalılar münaqişədə nüvə silahının potensial istifadəsindən narahatdır, baxmayaraq ki, bu narahatlıq mart ayından bəri müəyyən qədər azalıb.

Hər 4 amerikalının 3-ü (77%) Rusiyanın Ukraynaya müdaxiləsinə cavab olaraq ona qarşı tətbiq edilən iqtisadi sanksiyaları müsbət qarşılayır. Bu, ‘’Monmouthun’’ iki ay əvvəl keçirdiyi sorğudan (81%) bir qədər aşağıdır, bu tamamilə bitərəf düşüncəyə malik insanlar arasında azalma faizi (78% -dən 71% -ə) ilə bağlıdır. Bununla belə, Rusiyanın qaz və neft idxalına qadağa qoyulmasını dəstəkləyənlərin faizi (78%) martda keçirilən sorğu ilə eynidir. Respublikaçıların, Demokratların və bitərəflərin ən azı dörddə üçü yanacaq idxalına qarşı bu sanksiyaları dəstəkləyir.

İctimai rəy prezident Co Baydenin Ukraynadakı vəziyyəti idarə etməsi ilə bağlı sual qarşısında isə bir qədər mənfi mövqedə qərar tutub. Hal-hazırda 43% iştirakçı Baydeni bu müharibədə göstərdiyi xarici siyasət modelinə əsasən dəstəkləyir- bu iki ay əvvəl 46% olaraq qərarlaşan göstəricidən də aşağıdır. Mühim məqam isə ondan ibarətdir ki, iştirakçıların 50%-i Baydenin bu müharibə zamanı göstərdiyi xarici siyasəti bəyənməyib. Bu rəqəm də öz növbəsində mart ayında olan 48% -lik göstəricidən çoxdur. ABŞ-ın Prezident Administrasiyasının tətbiq etdiyi sanksiyalara konqress səsverməsində ikipartiyalı dəstəyin olmasına baxmayaraq, respublikaçı seçicilərin sadəcə 12%-i Baydenin böhranı idarə etmə metoduna görə müsbət qiymətləndirir, prezidentin xarici siyasətini isə demokratların böyük çoxluğu müsbət qiymətləndirib (78%).

Digər sorğu nəticələrinə görə, az sayda amerikalı (5%) Rusiyanın Ukraynaya müdaxiləsində haqlı olduğunu, 90%-i isə haqlı olmadığını bildirib. Qeyd edək ki, mart ayında 7% rusların haqlı olduğunu hiss demişdi.

Monmouth Universitetində sorğu 2022-ci il mayın 5-dən 9-dək ABŞ-da 807 nəfər şəxs arasında telefon vasitəsilə aparılıb. Bu buraxılışdakı sualın nəticələri +/- 3,5 faiz bəndi xəta marjasına malikdir. Sorğu Nyu-Yorkun ‘’West Long Branch’’ şəhərindəki ‘’Monmouth’’ Universitetinin Sorğu İnstitutu tərəfindən aparılıb.