Bir neçə gündür Türkiyə- NATO-AB= Rusiya xəttində baş verənlər gündəmin əsasını təşkil edir.

Əvvəlcə bura qeyd edim ki, Azərbaycan xarici siyasətinin son 7 qızıl ili Rusiya – Türkiyə yaxınlaşması fonunda yaşanıb. Əks halda, kiçik bir tövsiyyə: Çar və Osmanlı münasibətləri dövründə Azərbaycanın vəziyyətinə baxmaq kifayət edir.

Qayıdaq mövzumuza:

Bu suala cavab vermədən mövzunu izahı da mümkün deyil:

Rusiya müharibədə uduzurmu?

Əksər şərhçilər hesab edir ki, Rusiya Priqojin olayından sonra zəifləyib və onun sıradan çıxmasından sonra Türkiyə yön dəyişdirdi.

Fikirlə razı olmağım üçün məğlubiyyətin təzahürləri olmalıdır – hələ ki, biz bunu müşahidə etmirik.

İkincisi, məhv edilmiş Rusiya, yoxsa dəyişdirilmiş adminstrasiya?

Qərb hansını seçir?

Qərb – 2030 konsepsiyasını açıqladı – Ukrayna savaşı 7 il sonra baş verəcək Çinlə qlobal müharibənin kiçik məşqi idi.

Həm Avro – Atlantik düşərgə formalaşdı, NATO çətiri genişləndi.

Həm də bu müharibə Rusiya üçün Qərb ansamblında (razı salacaqlar) yer alması üçün mühüm idi.

Avropada məğlub ediləcək Rusiya üçün ən təhlükəli düşmən Şərq arxasında dayanamış Çin olmalıdır.

Türkiyə – regional güc və mütəhərrik olmayan siyasəti ilə əslində ənənəvi coğrafi – siyasi gedişini etməkdədir.

İnandırıcı deyil ki, Türkiyə Rusiyanın məğlub olacağını düşünür:

Türkiyəyə bu gün yeganə sıcak para Rusiyadan daxil olmaqdadır.

Bəs Türkiyə nə üçün azovçuları verib, Rusiyanın ayarlarını pozdu?

Əslində Rusiya – Türkiyə bağlı qapılar arxasında anlaşmış kimi görünür.

NATO-ya üzv olması real olmayan Ukraynanı ortaya atmaqla AB-=nin sərhədlərini 90 milyonluq xalqa və 400 milyonluq bazara açmağı planlayır.

ABŞ isə 2030 planı – Çinə qarşı yürüş üşün mehmetciyin çəkMələrinə ehtiyac duyur.

Qarabağda isə ruslarla ehtiyatlı oynamaq lazımdır.

Əziz Əlibəyli