Rusiya xarici işlər naziri Sergey Lavrovun ABŞ-də Ukrayna münaqişəsinin tənzimlənməsi ilə bağlı gizli görüş keçirdiyi məlumatları yayılır. Rusiya bu məlumatı təkzib edir, ABŞ isə nə təsdiq, nə də təkzib edir. Bundan sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanıa ukraynalı həmkarı Volodimir Zelenski arasında görüş keçirilir . “Azov” komandirlərinin qaytarılması ikitərəfli deyil, çoxtərəfli masada verilən qərarların nəticəsidir. Böyük ehtimalla Ərdoğan bunun müqabilində NATO liderlərinin sammitində Alyansın aparıcı güclərindən dəstək almağı hədəfləyir – əsasən iqtisadi məsələlərdə, PKK-ya qarşı mübarizədə və Cənubi Qafqaz oxunda. Azov komandirlərinin Ukraynaya təhvil verilməsi, mümkün Rusiya-Ukrayna danışıqlarında Türkiyənin vasitəçilik profilini yüksəldir.

Türkiyə Rusiya üçün Suriyada və Cənubi Qafqazda yarana biləcək boşluqlara dolaraq Moskva ilə danışıqlarda üstün mövqelərə çıxmaq istəyir. Hərçənd, Suriyada hələ də böyük üstünlük Rusiyadadır və Ankara ilə Moskva bir-birləri ilə qarşıdurma xəttinə getməkdə maraqlı deyillər. Bütün bunların fonunda Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börnsün və Avropa İttifaqının ali nümayəndəsi Cozef Borelin Çinin yüksələn nizamyaradıcı gücünə işarə etməsi təsadüfi deyil.

Aqşin Kərimov, siyasi şərhçi