17 yaşımdan işləyirəm, özüm öz ayaqlarımda, heçkimə minnət etmədən yaşamışam. Özümü bildim biləli də xaricdə təhsil almaq istəmişəm. Bunun üçün 0dan self-study ilə Fransız dili öyrənmişəm, Delf sertifikatı alıb, Fransanın Azərbaycandakı səfirliyi ilə qan-qan deyə-deyə zorla o visanı alıb getdim xəyallarımın dalınca.

Amma necə deyərlər, bəzi xəyallar bəlkə də xəyal olaraq qalsa yaxşıdır. Universitetin ilk günündən Fransız xalqındakı egoizmi, özündən razılığı onsuz görmüşdüm, heçkim kömək eləmək istəmir, xüsusilə də qadınların qadınlara qarşı mənasız agressiyası var.

Psixologiya dərsi düşünün, müəllim qaldırır məni deyir haralısan? Deyirəm Azərbaycan, deyir tanımıram, bi də çönür uşaqlardan soruşur, səni pərt edir, nəyə gəlmisən? Öz ölkəndə yoxdumu universitet deyə?
Həmin anda anlayırsan, içindən deyirsən ki bax elə sənin oxuduğun o psixologiya da, diplom da başına dəysin.

Müəllimlər qətiyyən approachable deyil, çox sərtdilər, qayıb limiti var, korona da olsan veclərinə deyil. Yəni ki bu “Avropada istəyirsən gir dərsə istəmirsən girmə” söhbətini hansı yalançı atıb ortaya bilmirəm.

Sonra başlayır daha çətin günlər, iş tapa bilmirsən, hərşey aşırı bahadır, son puluna kimi səni cərimələyirlər, hələ cərimə bir qırağa psixoloji şiddət də göstərirlər, ay tələbəsən, təksən, təzə gəlmisən, heçkimin vecinə deyil. Dost qazana bilmirsən harda hansı fransızla tanış olursan, mesaj yazırsan, ignore edir.
Bir sözlə, HEÇKİMSƏN.

Ağrıdan ölürsən, sancıdan tərpənə bilmirsən, axşam saat 11də gəlir səni təcili yardım aparır, neçə saat zarıya-zarıya qalırsan gözləmə zalında, axır xəstələrdən kimsə insafa gəlir, axır səni palataya salırlar analiz götürürlər səhər saat 7yə qədər qalırsan xəstəxanada. Xəstəxana deyirəm e sizə bizim Sabunçu kimi bir yer, evsiz adam gəlir tualetini edir, hər yeri bok götürüb. Ağrı kəsiciləri vururlar panik atak tutur səni, deyirsən gedirəm, deyirlər gedə bilməzsən, salırlar ümumi palataya sistemlərin bitməsini gözləyirsən. Axır səhər saat 8ə işləmiş həkim yaxınlaşır ki böyrəyində daş var, get aparata düş, bir dənə də kağız verir, elə bilirsən müalicədi, sən demə hamısı ağır tərkibli ağrı kəsicilərdi, bilir ki sən ağrıdan ölərsən aparata düşənə kimi, ağrı kəsici ilə yola verir. Əynində dəxlisiz paltarlar, ayaqlarında ev çəkələkləri yağışlı havada qayıdırsan evə. 1 həftə bitmək bilməyən sancılar, heç dərman da kömək eləmir axır 1 həftə sonraya aparata randezvous ala bilirsən, onda da gedirsən ki daşın düşüb.

Elə budurmu? Deyil, davam edir 37 daha kəskin daha ciddi
Korona olursan, dad, qoxu, 39 yarım 40 qızdırma, öskürürsən, nəfəs ala bilmirsən axır yenə aparırlar səni xəstəxanaya, qolu qırıq adamla eyni gözləmə otağında 3 saat oturandan sonra çıxıb gəlirsən evə. Nə yemək yeyə bilirsən , nə hərəkət edə bilirsən. Zəncəfilli çay və limon içməkdən də birtəhər olursan. 70li kilolarda pofüdük bir xanım, olur 58 kq.

Birtəhər koronanı da atladırsan, ağır gecələrdən sonra qayıdırsan valideynini görməyə, ondan əvvəlki müddətdə də həftəsonları oteldə işləyirdin. Otelin sahibi pulunu atmaq istəyir, bilir ki qayıtmısan, yenidən Parisə qayıdırsan, deyirsən ki polislə gələcəm, onda bank hesabına pulun oturur.
Və bütün bunlardan sonra özün özünə sual verirsən. Budurmu “daha yaxşı həyat şərtləri?” “Uğuru canın bahasınamı əldə etməlisən?”

Və sonda evə bir zəng gedir,
-Ata, mən artıq dözə bilmirəm.