Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” üzrə Tədbirlər Planının 6.9-cu yarımbəndində nəzərdə tutulan tədbirin icrasına dair
Milli Fəaliyyət Planının 6.9-cu bəndində nəzərdə tutulan tədbirin icrası çərçivəsində Sosial Tədqiqatlar Mərkəzinin Media və Kommunikasiya Departamentinin rəhbəri Bakı Dövlət Universitetinin tələbələri üçün ictimai məlumatlandrma tədbiri keçirmişdir.
Departamentinin rəhbəri Əziz Əlibəyli antikorrupsiya tədbirləri mövzusunda çıxış edib. Tədbirin əsas məqsədi gənclərin antikorrupsiya mübarizəsindəki rolunu gücləndirmək, bu sahədə məlumatlılığı artırmaq və gələcək jurnalistləri maarifləndirmək olub.
İctimai müzakirə zamanı STM-in həyata keçirdiyi mühüm layihələr, prezidentin antikorrupsiya istiqamətində imzaladığı fərmanlar və dövlət proqramlarının icrası ilə bağlı geniş məlumat verilibb. Eyni zamanda, korrupsiyaya qarşı mübarizədə gənclərin, xüsusən jurnalistlərin aktiv iştirakının vacibliyini vurğulayıb.
İctimai müzakirələrdə dövlətin antikorrupsiya strategiyasının müasir jurnalistika sahəsində necə əks etdirilməsi və medianın bu mübarizədəki rolu müzakirə olunub. Gələcək jurnalistlər üçün ictimai nəzarət mexanizmlərinin, şəffaflıq prinsipinin və hesabatlılığın əhəmiyyəti xüsusi vurğulanıb.
Görüşdə tələbələrin sualları cavablandırılıb, müxtəlif mövzularda maraqlı diskussiyalar aparılıb. Tədbir tələbələrin bu sahədə məlumatlılığının artırılması və antikorrupsiya mübarizəsində daha fəal iştiraklarına töhfə vermək məqsədini daşıyıb.