Sosial Tədqiqatlar Mərkəzi olaraq sabah 7 yaşımıza qədəm qoyuruq!

Şinelini geyindiyimiz gün illərin bizə nələr qazandıracağını söyləmək mümkün deyildi. Amma illər sonra bölüşə biləcəyimiz çox şeylər var.

Cənab Prezidentin 8 fevral 2019-cu ildə imzaladığı fərmanla yaratdığı qurumun əsas məqsədi ictimai rəyi öyrənmək idi. O zamanlar – 2018-ci ilin prezident seçkilərindən sonra başlayan islahatlar və yenilənmə kontekstində rəyə əsaslanan idarəçilik modelinə üstünlük verməyə başlayan rəhbərlik üçün mühüm qərar müəyyənetmə alətlərindən biri kimi STM meydana çıxdı.

Ölkənin aparıcı fikir sahiblərindən biri olan Zahid Orucun təyinatı ilə qurum sürətlə təşkilatlanma prosesini başa çatdırdı. Daha sonra kadr potensialını gücləndirdi və Azərbaycanın beyin mərkəzi kimi çıxdığı yolda yüzlərlə mühüm və strateji əhəmiyyət daşıyan hesabatları ərsəyə gətirdi. Yüz minlərlə insanı əhatə edən sorğu texnikası ilə ölkənin bütün bölgələrini əhatə etdi. İctimai tendensiyanı, cəmiyyətdə baş verənləri ölçdü.

STM müasir Azərbaycan tarixi ilə yaşıddır. O tarixin içində STM-in ölçdüyü və millətlə birlikdə gülərək, kədərlənərək, yaşayaraq reallaşdırdığı həyat hekayələri – sorğu hesabatları yarandı.

2019-cu ildə təhsil və bələdiyyə hesabatları, Prezidentin imicinin qiymətləndirilməsi hesabatı əsl gündəm yaratdı.

Sonra birlikdə yaşadığımız tarixi anlara işıq saldıq, sorğulandırdıq. Pandemiyanı sorğu-suala çəkdik, təhlilin əks-sədası bitməmiş Ermənistanın təxribatları başladı.

STM artan vətənpərvərlik dinamikasını barometr vasitəsilə ölçdü, sülh və müharibə, torpaqların azad olunması prosesini ictimai istəyin nəticəsi kimi analiz edib dövlətə təqdim etdi.

Tovuz döyüşləri, avqust hadisələri yaşandı.

30 illik işğalın bitməsinə gətirən 27 sentyabr həndəvərində sosial tədqiqat maşını dövlət bayrağına, Vətən müharibəsinə və s. ictimai münasibətləri öyrəndi.

Bu arada yaşlılara qayğı, inam indeksi, miqrasiya, ailə, Qarabağa qayıdış, Azərbaycanda kibercinayət və kibertəhlükəsizlik barometri, Qlobal Araşdırmaçı Jurnalistlər və s. mövzularda yüzlərlə hesabat hazırlanaraq tədqiqat sahəsinə misilsiz töhfələr verildi.

STM məktəbə çevrildi, təcrübəçilərə ev oldu, cəmiyyətin nəbzini tutan mövzularda ildə təxminən 30-40-dan artıq tədbir, beyin fırtınası, brifinq reallaşdırdı.

STM akademiya oldu – ağır elmi yükü olan şəxslərin çiynində, şəxsən dəyərli alim, professor Tahira Allahyarova kimi müəllimimizin sayəsində irəlilədi.

STM 6 illiyinə 60 min ideya ilə, düşüncə ilə yol gedir.

STM bir tarix məbədidir, ölkəmizin yaşantıları ilə iç-içə nəfəs alır.

STM data dünyasıdır – məxfi dünyanın kodları da buradan oxunur.

STM ölkə rəhbərliyinin mühüm idarəçiliyinin yanında, dövlətçiliyin xidmətində dayanır.

STM-in zəhmətkeş kollektivi onu uzun illər ən yaxşı nöqtədə, dəyərlərin əhatəsində saxlamağa bəs edəcək qədər gözəldir.

İndi söz sizindir, əziz respondentlər,

İndi barometr sizdə, cavablar bizdədir.

Bircə təbrikiniz bəsimizdir. 😊

Necə deyərlər: RƏYİNİZ İŞİMİZDİR!

#STM6İL#SosialTədqiqatlarMərkəzi