
Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşlarına “Korrupsiya riskləri və korrupsiya risklərinin idarə olunması” mövzusunda təlim keçilib
Azərbaycan Respublikası Prezidentinin 4 aprel 2022-ci il tarixli 3199 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın Tədbirlər Planında Sosial Tədqiqatlar Mərkəzi “Dövlət xidmətlərinin və idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi sahəsində tədbirlər” in həyata keçirlməsi üzrə (Tədbirlər Planının 4.9-cu yarımbəndində göstərilən tədbir üzrə) əsas icraçı qurumdur. Bundan əlavə, Mərkəz Tədbirlər Planının 2.4., 2.17., 5.1., 6.2., 6.9-cu yarımbəndlərində göstərilən tədbirlər üzrə digər icraçı qurumlar sırasındadır.
Mərkəz Milli Fəaliyyət Planının Tədbirlər Planında üzərinə qoyulmuş vəzifələrin icrası istiqamətində 2025-ci ildə də zəruri tədbirləri həyata keçirmişdir və “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 4 aprel 2022-ci il tarixli Sərəncamına uyğun olaraq Korrupsiyaya Qarşı Mübarizə Komissiyasına və Nazirlər Kabinetinə hesabat təqdim edəcəkdir. Həmçinin hesabatlar Dövlət Nəzərəti İnformasiya Sistemində (DNİS) yerləşdiləcək.

Mərkəz 2025-ci ilin 04 dekabr tarixində əməkdaşlar üçün “Korrupsiya riskləri və korrupsiya risklərinin idarə olunması” mövzusunda təlim təkil etmişdir. Təlimdə korrupsiya riskləri yaradan hallar və bu halların idarə olunması və aradan qaldırlması ilə bağlı məlumatlar verilib. Korrupsiyaya Qarşı Mübarizə Komissiyası və Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin həyata keçirdiyi tədbirlərdən, o cümlədən hazırlanan sənədlərdən bəhs olunmudur. Bu təlim Tədbirlər Planının 6.2-ci yarımbəndində nəzərdə tutulan “…antikorrupsiya davranış modelinin formalaşdırılması ilə bağlı işlərin gücləndirilməsi” məsdəi ilə “İşçilərdə məlumatlılığın artırılmasına yönəlmiş maarifləndirmə, tədris və digər tədbirlərin keçirilməsi” fəaliyyəti çərçivəsində təşkil olunub.

