İnkişaf rəqəmlərlə ölçülür, amma dayanıqlılıq vicdanla

Dayanıqlı inkişafın milli prioritetləri: iqtisadiyyat, sosial ədalətə əsaslanan cəmiyyət, müasir innovasiyalar və təmiz ətraf mühit Respublika konfransı üçün –  çıxış mətni

 “Dayanıqlı inkişaf –  milli iradənin sınağı kimi ”

 Günümüzə dayanıqlı inkişafa dair müzakirələrin əsas məqsədində Azərbaycanın gələcəyinin konturlarını cızılır. Çox vaxt statistik və texniki ad kimi yanaşılan dayanıqlı inkişafın milli prioritetlərinə bir millətin öz taleyinə sahib çıxmaq iradəsi kimi baxmaq vacibdir.

Əgər biz XXI əsrdə iqtisadiyyatı yalnız neftin qiymətinə bağlayırıqsa, deməli, sabitlik anlayışımız da neft barellərinin dalğasında üzür. Amma Prezident İlham Əliyevin rəhbərliyi ilə qəbul edilən “Azərbaycan 2030” strategiyası göstərdi ki, artıq biz neftdən sonra gələn mərhələyə qədəm qoymuşuq. Qeyri-neft sektoru, kənd təsərrüfatı, turizm, rəqəmsal iqtisadiyyat  və  s. kimi sahələrə  alternativ baxmaq yanlışdır, çünki onların mövcdluğu strateji prioritetlərə söykənir.

2025-ci il üzrə Global Economic Diversification Index hesabatına əsasən, iqtisadiyyatı neftdən asılı olan ölkələrdə diversifikasiya səviyyəsi 10 il ərzində 18% artıb. Azərbaycan bu göstəricidə 112 ölkə arasında orta səviyyədən yuxarı mövqedə qərarlaşıb.

Digər bir mühüm anlayış sosial ədalətin necə izah edilməsindədir. Dünyanın əksər bölgələrində onu minimum əməkhaqqının artırılması kimi başa düşürlər.  Amma o əslində hər bir vətəndaşın özünü bu ölkənin tamhüquqlu üzvü hiss etməsidir. İstər əmək bazarında iş axtaran gənclər, istər təhsil müəssisələrindən iş  mühitinə yollananlar, istər xidmət sahələinin təsir dairəsində olanlar, yaxud da büdcədən maliyyələşənlər, təqaüd alanlar və  s. bütün geniş çeşidli əhali qruplarının təminatı və qayğısının tam ödənilməsi bu məsələlərə aiddir.

Beynəlxalq Əmək Təşkilatının (ILO) 2025-ci il hesabatına görə, dünyada sosial ədalətə inam 62% təşkil edir. Lakin bu göstərici inkişaf etməkdə olan ölkələrdə 48%-ə qədər enir. Ədalətli əmək bazarı və inklüziv sosial siyasət olmadan dayanıqlı inkişaf mümkün deyil.

Digər məsələ haqda:

İnnovasiya deyəndə bəziləri bunu sadəcə yeni telefon modeli kimi anlayır. Amma düşüncə tərzinin yenilənməsi –  startaplar, texnoparklar, süni intellekt,  bunlar gələcəyin peşələridir. Əgər biz bu gün məktəblərimizdə kodlaşdırma öyrətmiriksə, sabah texnologiyanın istehlakçısı olaraq qalacağıq. Halbuki biz istehsalçı olmalıyıq – həm də ideya istehsalçısı. 2025-ci il Global Innovation Index nəticələrinə görə, Azərbaycan innovasiya göstəricilərində 132 ölkə arasında 89-cu yerdədir. Çin ilk dəfə ilk 10-luğa daxil olub, Türkiyə və Hindistan isə “ən sürətli irəliləyənlər” sırasındadır

Ətraf mühitin qorunması anlayışına da baxışlarımız adekvat deyil.  Zibilliklərin təmizlənməsi qorumaq anlayışını ödəmir.  Gələcək nəsillərə nəfəs ala biləcəkləri bir vətən buraxmaq məsuliyyətimiz var. Qarabağ və Şərqi Zəngəzurda “yaşıl enerji zonası” elan olunması həm də siyasi mesajdır: biz torpaqlarımızı azad etdik, indi onları yaşadacağıq – amma ağılla, məsuliyyətlə, təbiətlə harmoniyada. Sustainable Development Report 2025 məlumatına görə, Azərbaycan BMT-nin 17 Dayanıqlı İnkişaf Məqsədindən 9-u üzrə “orta irəliləyiş” kateqoriyasındadır. Ətraf mühitlə bağlı göstəricilərdə isə “yaşıl enerji” sahəsində irəliləyiş qeydə alınıb

Dayanıqlı inkişafa dair möhkəm insan iradəsi lazımdır, proqramların icarsında vətəndaş yanaşması, vicdan, öhdəlik və məsuliyyət ön plana çıxır.

Dünya tarixdə xalqla iqtidarın ortaq müqavilələri çoxdur. Prezident İlham Əliyevin başlatdığı inkişaf dalğasının hədəflərində ilik mühüm sosial müqavilə Qarabağ savaşı idi. İndi isə bu müqavilənin şərti isə sadədir: şəffaflıqla məsuliyyət və gələcəyə inam. Əgər biz bu prinsiplərə sadiq olsaq, nəinki 2030, hətta 2050 hədəfləri də bizim üçün əlçatandır.

Edelman Trust Barometer 2025 hesabatına əsasən, dünyada gələcəyə inam 51%-ə düşüb. Bu, son 10 ilin ən aşağı göstəricisidir. Lakin maraqlıdır ki, inkişaf etməkdə olan ölkələrdə bu rəqəm 58%-dir – yəni insanlar dəyişiklik istəyir və ona inanmaq istəyirlər.

Çünki Vətən müharibəsində əldə olunmuş qələbə tarixi ədalətin bərpasının sosioloji manifesti idi. Burda milli birlik və inamın oynadığı rolu, publik enerjini ifadə etmədən keçmək olmaz.  Xalqın öz kimliyinə, torpağına və gələcəyinə sahib çıxmaq iradəsinin təcəssüm etdirdi. Lakin bu zəfərin dəyəri yalnız keçmişin revanşı ilə ölçülməməlidir. Əksinə, bu enerji dayanıqlı inkişafın strateji platformasına çevrilməlidir.Çünki Zəfər cəmiyyətin bütün təbəqələrini bir amal ətrafında birləşdirdi. Sosial kapitalın ən yüksək forması – milli həmrəylik ön palana çıxdı.Qələbə, fərdi maraqları ümummilli məqsədlərə tabe etdiyimiz zaman hansı nəticələrin əldə oluna biləcəyini sübut etdi. Postmünaqişə dövründə yeni sosial müqavilənin əsasını qoydu: vətəndaş – dövlət münasibətləri daha çox qarşılıqlı məsuliyyət üzərində qurulmalıdır.Qələbə strateji düşüncənin azadlığı olmalıdır. Bu düşüncəni artıq iqtisadiyyat, təhsil, mədəniyyət və texnologiya sahələrinə daşımaq lazımdır.Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa işləri dayanıqlı inkişafın laboratoriyasına çevrilməlidir. Haqqında ağızdolusu danışdığımız “ağıllı kənd” modeli məhz sosial innovasiyadır.Qələbənin enerjisi sosial ədalətə və insan kapitalının inkişafına yönəlməlidir. Gələcək nəsillərə müharibənin qalibiyyəti emosional yüksəlişdə qala bilməz, strateji məsuliyyət gələcək nəsillərə ötürüləcək bir mirasdır. Təhsil sisteminin təməl daşı, milli dirçəlişin təməl daşı kimi Zəfərimiz tədris olunmalıdır. Qələbə sonrası sosioloji transformasiyanın əsas şərti eyni ruhda, amma fərqli cəbhələrdə davam etməkdir.

Azərbaycanda BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri üzrə 88 hədəf və 119 göstərici prioritetləşdirilib.