Kseniya Sobçakın bu gün yüklədiyi “АРМЕНИЯ: обстрелы на границе, визит Пелоси, нашествие русских” adlı videosu
bir neçə saata 130 min izlənib.
Videoda bir çox mətləblərə toxunur, amma onun bir hissəsi var: “Когда будет мир?” adlı, bu son yüz ilin sualıdır, özü də o sualı nə canı yananlar deyir, nə Fransa, ABŞ nə ATƏT, BMT nə Koçaryan, Sarkisyan.
Bu sualı sadə bir erməni kəndlisi Arsen Qazani verir.
O deyir: “Mənim faciələrimdən dünyada bir çoxları milyardlar qazandı, mən isə yalnız hazırda “mişenəm”, hardadır sülh”.
Bunu siyasətdən anlamayan sadə bir erməni soruşur.
Sualın apogeyinə bax: Myatsum qişqırnaların hamısı bu gün milyardlara sahibdir. Amma Arsen bədbəxtin uçuq bir evi və “Samosval” maşını qalıb geridə.
Paşinyan BMT-dən Azərbaycandan xəritə istəyirəm demək əvəzinə bu çiyininin sümükləri çıxmış, QAZ-51-i kimi çürümüş, it günündə yaşayan erməninin sualını verməli idi.
“Hardadır sülh?”
Ona görə də adam düşünür, o boyda Ermənistanda cəmi ikicə ağıllı adam var:
Biri Levon Ter-Petrosyan
Digəri Arsen Qazani.
Çünki həqiqət sadə erməninin miskin məişətində gizlidir, ATƏT-də, Pelosi nənəsində, siyasətçi biznesmenlərin qafasında və milyardlarında deyil.
https://www.facebook.com/aziz.alibeyli/videos/807285550524250
Əziz Əlibəyli