Bir müddət öncə Ermənistanın baş naziri Nikol Paşinyan Nazirlər Kabinetinin iclasında ölkənin hərbi xərclərini artırmalı olduğunu bildirib. Nikol Paşinyan, həmçinin müttəfiqlərin vəd etdiyi silahların
verilməməsi barədə bəyanat səsləndirib. Maraqlıdır ki, hələ Ermənistanla, Azərbaycan arasında delimitasiya və demarkasiya olunmamış dövlət sərhəddində təxribatların, demək olar, hər gün
təkrarlandığı bir vaxtda hökumət başçısının bu açıqlamaları nəyə hesablanıb?


Mövzu ilə bağlı hərbi ekspertlərin fikrini öyrəndik.
Hərbi ekspert Ədalət Verdiyev hesab edir ki, Ermənistanın müharibədə itķilərinin maliyyə dəyəri 5 milyard dollar ətrafındadır: “ Müharibədən sonra baş verən müxtəlif toqquşmalarda Ermənistan kifayət qədər
çox hərbi texnika itirib. Sentyabrın 12-dən 13-ə keçən gecə baş verən Erməni təxribatları nəticəsində Azərbaycanın əks hücumu Ermənistan ordusunun 500-ə qədər şəxsi heyətini və 1 milyard manata qədər
texnikasının sıradan çıxması ilə nəticələndi. Nəticə etibarilə bu qədər böyük itkilərə məruz qalan Ermənistanın ordunun bu və ya digər şəkildə itkilərini, kompensasiya xərclərini artırması mütləq idi.
Müttəfiqlərin Ermənistana silah təchizatına gəldikdə isə Azərbaycan Ermənistanın bu silahların bizə qarşı yönəldəcəyini nəzərə alaraq öz diplomatik kanallarından istifadə edərək belə bir təchizatın qarşısını
alması normaldır. Paşinyanın verdiyi bu açıqlamalar, daxili auditoriyanı proseslərlə daha yaxından tanış etmək, Ermənistanın nə qədər çətin və dalan vəziyyətdə olduğunu çatdırmaq məqsədi daşıyır. Ermənistan
vətən muharibəsində və ondan sonrakı, müddətdə baş verən proseslerdən özu üçün doğru-dürüst nəticə çıxarmayıb, revanş hazırlıqlarınıda davam etdirmək niyyətindədir”.

Əməkdar jurnalist, hərbi ekspert İbrahim Rüstəmli isə deyib ki, Ermənistanın indiki durumda hərbi xərclərini artırması niyyətiylə bağlı bəyanatlar verməsi dövlət rəhbəri səviyəsində gələcək
perspektivlər üçün ümid yaratmaq məqsədi daşıyır: “İndiki dövrdə Azərbaycan 44 gün və ondan sonrakı,dövrdə baş vermiş hərbi əməliyyatlar zamanı nəyin ki, Ermənistanın hərbi infrukturunu sıradan
çıxarıb, həm də onun siyasi instutunu iflic vəziyyətinə salıb. Azərbaycan 30 il ərzində yalnız sülh çağrışlarıyla yadda qalmayıb. Eyni zamanda öz hərbi patensialını artırıb, ordusunu
gücləndirib,hərbi kadrlarını daha müasir hərb elminin sirləriylə tanış
edib”.
O, bildirib ki, Ermənistan 50, 100 il çalışsa da, zərbaycan ordusunun gücüylə balans yarada bilməyəcək: ” Ermənistan bəyanatlara əməl etməyib. Azərbaycan isə sözünün üstündə duran, sınanmış, etibarlı bir dövlət
olaraq tanınır. Ermənistan dəhşətli narsizmin qurbanına çevrilib”.


İbrahim Rüstəmlinin fikrincə, Nikol Paşinyan hazırda hakimiyyətdə
qalmaq haqda düşünür,Qarabağ məsələsi qətiyyən mövcud iqtidarı
maraqlandırmır.

Şahanə Tağızadə, BDU-nun Jurnalistika fakültəsinin tələbəsi