Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin 4-cü kurs tələbələri Vətən müharibəsinin iki illiyi münasibətilə sosial şəbəkələrdə Zəfər trendi formalaşdıracaq. Marafonun məqsədi “Gəncliyin Zəfər sədası” adlı vahid şəbəkə yaratmaq, onun vasitəsilə şəhid və qazilərin əzmi nəticəsində əldə olunan 44 günlük müharibəni həm respublika daxilində, həm də dünya miqyasında geniş təbliğ etmək və unutdurmamaqdır.
Layihəyə Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının professor və müəllim heyəti rəhbərlik edir. Marafon üzvləri sosial şəbəkə ( Tvitter, İnstaqram, Feysbuk ) üzərindən konkret həşteqlərlə müxtəlif ölkələrin gündəminə düşüb, dünyaya Azərbaycanın qələbə səsini çatdırmağa çalışacaq.
Noyabrın 6, 7, 8-i tarixlərində platformanın üzvləri həmrəylik sərgiləyərək sosial şəbəkələrdə aşağıdakı həşteqlərlə paylaşımlar edəcək:
- #Zəfərinamdanbaşlayır
- #Zəfərfədakarlıqlaqazanılır
- #Zəfərqorumaqlayaşadılır
Platformanın üzvləri bütün gəncləri sosial şəbəkələrdə fəallıq göstərməyə çağırır.
Gənclərin təşəbbüsü ilə təşkil edilən 3 günlük onlayn marafonun böyük maraq doğuracağı düşünülür.
Sosial şəbəkələrin ingilis dili istifadəçiləri üçün aşağıdakı həşteqlərin əlavə edilməsi tövsiyə olunur: