Artıq Ordumuzun şanlı zəfərindən 2 il ötür. İllərdir gözlədiyimiz an gəlib çatdı və igid oğullarımız düşmən tapdağı altında olan torpaqlarımızı, murdar ermənilərin əlindən aldı. Döyüşlərdə çoxsaylı şəhidlərimiz olmasına baxmayaraq, doğma vətənin sevinci, şəhid ailələrindəki qəm kədəri yuyub apardı. Şanlı Zəfər günündən sonra, zəfər tariximizə yeni yeni uğurlar əlavə olundu və hazırda da davam edir.
Bəs indi necə? Vətənin hər qarış torpağı kimi Xankəndi torpağına da getməyin vaxtıdırmı? Xanın övladları Xanın kəndinə nə zaman qayıdır? Məsələ ilə bağlı politoloq Əhəd Məmmədli fikirlərini bildirib. O deyib ki,
Xankəndi ilə bağlı əməliyyat keçirilməsinin vaxtı gəlib yetişib:”Çünki, artıq Xankəndi və ətrafı üstündə siyasi oyunlar  oynanılır. Əsasən də Rusiya bu oyunu oynayır. Rusiya bu bölgədə qalıcı olmaq niyyətindədir. Və artıq həmin ərazidə, istər hərbi, istərsə də siyasi cəhətdən möhkəmlənməyə çalışır. Caliber saytından, Laçın yolundan separatçı terrorçulara silahlar ötürülməsi ilə bağlı verilən xəbərin heç də təsadüfi olduğunu hesab etmirəm.Və üstəlik də Ermənistanın revanşist çağırışları gündən günə artır. Ermənistana, Hindistan, Fransa, ABŞ kimi ölkələrin dəstəyi onların bizə qarşı döyüş çağırışlarını qüvvətləndirir. Ona görədə düşünürəm ki, ilan başını qaldırmamış, ilanın başını əzmək lazımdır. Birdəfəlik!”
Əhəd Məmmədlinin fikrincə bu ilin sonu, gələn ilin əvvəlinədək biz bunu etməliyik:” Çünki biz bunu vaxtında etməsək, gələn ilin sonuna kimi Xankəndi və ətrafını nəzarətə götürməsək, Rusiya o bölgədəki mövcudluğunu daha 5-10 il uzatmağa çalışacaq. Və bunu fakt kimi bizim qarşımıza qoyurlar. Bu səbəbdən biz sözü gedən məsələnin qarşısını almaq üçün maksimum 1 il ərzində,  minimum isə  bu aylarda Xankəndi və ətrafını nəzarətimizə götürməliyik”.


Analitik həmçinin bildirdi ki, Rusiya, Qərb və İranın münasibəti sözsüz ki mənfi olacaq: “Amma müdaxilə məsələsinə gəldikdə isə Qərb və İran heç bir müdaxilə edə bilməz. Rusiya sülhməramlıları orada olduqları üçün, bu dövlət müqavimət göstərə bilər.Unutmayaq ki, Azərbaycanın yanında Türkiyə kimi müttəfiq var. Və yaddan çıxarmayaq ki, Rusiya indi problemləri ilə məşğuldur. Buna görə Rusiya Türkiyə və Azərbaycandan hansısa səviyyədə asılıdır. Bu məqamda Azərbaycan Xankəndi və ətrafı məsələsini öz xeyrinə həll etməsə, artıq bu məsələ Azərbaycan üçün dondurulmuş bir vəziyyətə gələcək. Ona görə də Azərbaycan Ermənistanın üstündə həm hərbi, həm siyasi üstün olduğu bir məqamda bu məsələni birdəfəlik həll etməlidir”.
Əhəd Məmmədli Ermənistanın təxribatları barədə də danışdı:
“Artıq Zəfər günümüzdən bir müddət keçməsinə baxmayaraq, Ermənistan öz təxribatlarını davam etdirir. Zəfər günündən öncə də, sonra da, hətta Zəfər günündə belə, hər hansı bir təxribat törədilməsi ehtimalı, əlbəttə, var. Amma, bu provokasiyalar faydasızdır. Fikrimcə, Azərbaycan tez bir zamanda məsələni kökündən həll edərsə, artıq onların törətdikləri sabotajın heç bir mənası yoxdur”.

Aysun İbrahimova, BDU Jurnalistika fakültəsinin tələbəsi