8 noyabr Azərbaycan üçün ən yadda qalan, unudulmaz gündür.
Bu gün Azərbaycan tarixində elə bir səhfədir ki onu unutmaq qeyri- mümkündür. 2020-ci il 27 sentyabrdan başlayaraq Azərbaycanımız başladığı zəfər yürüyüşündə uğurlar əldə etdi.
44 günlük yaddaşlara qələbə kimi həsr edilən bu gündə rəşadətli Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəblərini, Hadrut qəsəbəsini və bir çox kəndləri, Tərtər rayonunun Suqovuşan kəndləri daxil olmaqla 300-dən çox yaşayış məntəqəsini, həmçinin, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad edilmişdir. 28 il həsrətində olduğumuz, qoxusu burnumuzdan getməyən Qarabağın gözü Şuşamız bu tarixdə erməni tapdağından azad edilmişdir. Bu döyüşləri ekspertlər əfsanə kimi səciyyələndirirdilər.
Azərbaycan Prezidenti, Ali Baş komandan İlham Əliyev dekabr 2-də Zəfər Gününün təsis edilməsi haqqında sərəncam vermişdir. Sərəncama əsasən hər il 10 noyabr Zəfər günü kimi qeyd edilməli idi. lakin 10 noyabr M.K.Atatürkün anım günü olduğu üçün Prezident qərarın dəyişdirilməsi qərarını qəbul etdi. Beləcə Prezident İlham Əliyevin qərarı ilə ordumuzun qələbəsini əbədiləşdirmək məqsədilə 8 noyabr tarixinin Azərbaycan Respublikasında Zəfər Günü kimi qeyd edilməsi haqqında sənəd imzaladı. 44 günlük zəfər tarixində ordumuz düşməni diz çökdürdü, haqq -ədalət öz yerin tapdı. Həsrət bitti, torpaqlarımız öz doğma sahiblərinə qaytarıldı. Bu qələbə yaralara məlhəm, qəlblərə sərinlik verdi. Əlbəttə, müharibə şəhidsiz olmur. Onlar düşünmədən bizlər üçün canlarını fəda etdilər. Allahdan Şəhidlərimizə rəhmət, Qazilərimizə isə şəfalar diləyirik. Onların haqqı ödənməzdir. Bu qələbəni bizə yaşadan Ali Baş Komandana və Əsgərlərimizə sonsuz təşəkkür edirik. Qarabağ Azərbaycandır!
Arzu İbrahimova, BDU Jurnalistika fakültəsinin tələbəsi