Klassik erməni yalanları:
Yalan 1. Artak Beqlaryan deyir ki, ekoloqlar Artsaxın 120 min əhalisini blokadaya alıb və əli ilə isə türk millətçiliyinin simvolu olan “Boz Qurd” jestini göstərir.
İzah: Bölgədə 120 min erməni varsa, yolu ondan 120 dəfə az olan məsələn 1000 nəfər necə bağlaya bilər? Müdaxilə edib, aça bilərsiniz.
Yalan 2. Soçi görüşündən əvvəl Xankəndi meydanında 50 min nəfərdən ibarət mitinq keçirilirdi.
İzah: iki gündür Xankəndi meydanına 50 nəfərdən artıq adam tapa bilmirlər ki, etiraz aksiyası keçirsin, çünki real olaraq o qədər adam mövcud deyilmiş.
Yalan 3. Humanitar fəlakət olarsa –
İzah 1. Yolu daş plitə, beton, maşın və daşınan vaqonlarla ruslar bağlayıb, biz deyil.
İzah 2. Azərbaycan tərəfi TƏBİB maşınları ilə bölgədə xidmət aparır, vətəndaşlarımız olan erməniləri Bakıya da müalicəyə gətirə biləri.
Yalan 4. Azərbaycan xalqımıza qarşı soyqırımı
etmək istəyir.
İzah. Azərbaycan tərəfi bu an üçün enerji kabelləri və boruları ilə bölgəni təchiz edir. Ani qəzalarla verilişi tormozlasa, bölgədə əsl həqiqət və yaşam standartı nədir onda anlaya bilərlər.
Yalan 5. J-Christophe Buisson = “Le Figaro” qəzetinin əməkdaşı
deyir ki, Artsaxın/Dağlıq Qarabağın Ermənistanla əlaqəsi kəsilərsə, dünya ilə də əlaqəsi kəsiləcək və 120 min erməni səhiyyə, nəqliyyat və enerji imkanlarına çıxışdan məhrum edilərək dəhşətli humanitar böhrana sürüklənəcək. Azərbaycandan bu blokadaya son qoyması tələb olunmalıdır.
İzah. O zaman mədəd umduqları dünya, konrekt Fransız qardaşları nə üçün iki gündür susur – eyni fikirdə deyilsiniz, yoxsa, artıq narrativləri dəyişib)
Yalan 6. 120 min ermənini taleyinə Avropanı səssiz qalmamağa çağırırlar.
İzahı. Hikmət Hacıyev dünən 150 diplomatla görüşdü, arasında Aİ-nin Bakıdakı nümayəndə heyətinin rəhbəri Peter Mixalko da olub. “Euronews” saytı, nə də Aİ Şurasının mətbuatı da. Bəs səsiniz iddia elədiyiniz kimi niyə eşidilmədi?)
Yalan 7. Svante Lundgren – isveçli araşdırmaçı, fəal deyir ki bu “ekoloqlar”ın ətraf mühitlə heç bir əlaqəsi yoxdur.
Bu, ermənifobiya ilə əlaqədardır.
İzahı. Azərbaycanda 50 min erməni yaşamaqdadır və heç də erməni ölduqları üçün linşç edilmirlər.
Necə məntiqdir: Siz ermənisiniz deyə törətdiyiniz ekoloji terrora göz yumulmalıdır?
Yalan 8. Ermənistanının sabiq xarici işlər naziri Zohrab Mnatsakanyan deyir ki, bunlar Azərbaycan hökumətinin agentləri və maskalanmış təxribatçılardır.
İzah. Yəni bunun məsələyə nə dəxli var: Bölgədəki sərvətlərimiz talanma faktı ortadadır, hökumət bunu qaldırırsa, mülki missiya üçün motivasiya edirsə, bunun nəyi tənqid edilməlidir ki?
Hə, hökumət təşkil edir, yəni nə olsun?
İfşa: Mnasakayna kimilərinə bağlı xarici erməni fondlarından maliyyələşən yerli qrantçı ekoloqlar elə sabiq erməni nazirin tezislərini də alaraq yola çıxmaqları çox üzücü hal oldu.
Yalan 9. Erməni mediası bozqurd və s. simvollar üzərindən rus-türk qarşıdurması çıxarmağa çalışırlar.
İzah. Türkiyə tərəfi bu günə qədər bir dəfə də olsa, rəsmi leksikonunda Xankəndi adını səsləndirməyib.
Əziz Əlibəyli