Onlar öz qohumlarına qovuşsun – biz öz torpağımıza.
5 günün hesabatı
1. Ermənipərəst mediada və bloglarda, tvit atan agentlər birmənalı formada “Artsakh”ı Ermənistanla birləşdirən yeganə yol – ifadəsini yazırlar. Qondarma rejimin müstəqilliyindən dəm vururlar. Amma izah etmək istəməsələr də, artıq bu fikrə gəlinir ki, bu necə dövlətdir və qədimdir və yerli ermənilərə məxsusdur ki, dörd tərəfi Azərbaycan rayonlarıdır. Bu halda, ilk arqument ermənilərin köçürülməsi olduğu faktı meydana çıxır – doğrudan da rus zabitləri Xankəndi “qorodok”unda atlarına baxacaq mehtərləri – erməniləri İran və Türkiyədən buna görə gətirmişdilər.
2. Əvvəlki hadisələrdən fərqli olaraq erməni seqmentində ciddi bir halsızlıq, düşkünlük gördük, artıq bezib, tabe olmağa hazır olanların sayı artır.
3. Laçın – Xankəndi yolunda 5 gün uğurla davam edən ekoaksiyanın şüarlarını dəyişmək olar – artıq yeni çağırışlar zəruridir – bölgədə gözlənilmədən başlayan aksiya ciddi nəticələr doğurmaqla yeni imkanlar qazandırdı.
4. Demirlər ki, bölgədə humanitar fəlakət var – humanitar yardımlarıa dolu yük tırlarımız bu dəqiqə Xankəndi qapısına dayanmalıdır.
5. Maraqlı tendensiya baş verib – iki il əvvəl ordu qalib idi, iki il sonra sivil xalq öz müharibəsinə başladı və qalibiyyətin beşinci gününə qədəm qoyur.
6. Qarabağ bizimdir deyən erməni təfəkkürü maraqlıdır ki, bu gün üzünü tutub bütün dünyaya səs-küy salır. Amma Qarabağ Ermənistana daha yaxındır, Fransaya deyil)
7. İrəvanda ağxalatlıların etiraz mitinqi keçirilir – BMT ofisi qarşısında ki, Qarabağa dərman aparaq, maraqlıdır ki, bu adamların heç biri şəxsən Qarabağa gəlmir, sadəcə şüar səslənir.
8. İrəvan Dövlət Universitetini tələbələri İqtisad Universitetinin tələbələrini blokada ilə bağlı “Artsax”a dəstək aksiyasına qoşulmağa çağırır. Bütün suallarla bağlı bu nömrələrə zəng edə bilərsiniz – 097199505 (Tiqran), 098128812 (Slavik). Açığı, mən onları real addım atmağa dəvət edirəm, yürüş edin Gorusdan Xankəndiyə qədər gəlin burda bizə qoşulun – siz öz qohumlarınıza qovuşun – biz öz torpağımıza.
9. Ermənistandan tələblər: “Artsax” artıq 4 gündür blokadadadır
İddia_ 120.000 insan blokada altındadır, onlardan 30.000-i uşaqdır İzah -Bölgədə cəmi 20 mindən az adam qalıb, dörd gündə isə min nəfər yığıb mitinq keçirə bilməyiblər. 30 min uşaq üçün isə bölgədə ən azı 150 min nəfər olmalıdır.
2 gündən artıqdır ki, Azərbaycan Ermənistandan gələn qazın qarşısını kəsib – bu qazı biz deyil, ruslar kəsib.
Mühasirəyə alınmış Artsaxda 12 uşaq doğulub, amma niyə göstərə bilmirlər ki, məsələn, qeyri- sağlam mühit yaranıb və doğum vaxtı ölümlər olub.
11 nəfər yerli xəstəxananın reanimasiya şöbəsindədir və təcili olaraq Ermənistana aparılmalıdır. Bəs bu müstəqil idi, öz-özünü idarə edirdi, nə üçün ondan imtina edən Er-mna ehtiyac duydu.
İddia – Biz humanitar hava dəhlizi tələb edirik.
İzah: 2020-ci ildə Azərbaycanın Dövlət Mülki Aviasiya Agentliyinin Azərbaycan Respublikasının Xankəndi də daxil olmaqla altı aeroportunun coğrafi koordinat indeksləri siyahısına daxil edilməsi ilə bağlı Beynəlxalq Mülki Aviasiya Təşkilatına (ICAO) müraciəti müsbət cavablandırılıb.
Artsaxın yaşamaq hüququ var – yaşamaq hüququ bütün canlılara şamildir – dövlət olmaq isə xalqlara – ordakılar isə bizdən olmayan azlıqdır.