Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu dünən Finlandiya və İsveçin NATO-ya üzvlük məsələsindən danışıb. O bildirib ki, İsveçdə bu dövlətin Alyansa üzvlüyünü istəməyənlər var.
Nazir, tərəflər arasındakı Madrid razılaşmasının şərtlərini xatırladıb.
Məlum olduğu kimi, bu günlərdə İsveçdə Qurani – Kərim yandırılmışdı. Rəsmi Ankaradan bildirilmişdi ki, bu, tərəflər arasındakı münasibətlərı zərbə vuran hadisədir. Beləliklə, İsveçin “NATO yolu bir az daralmışdı”.
İsveçdə Quranın yandırılmasının sifarişçisi hələ məlum deyil. Çavuşoğlunun fikrincə, bu, tərəflər arasında münasibətləri korlamaq istəyən üçüncü qüvvələrin işidir.
Bütün hallarda İsveçin NATO-ya üzv olmaq ehtimalı azalıb.
Alyansın bir çox üzvü bu dövlətlərin Alyansa üzv olmağında maraqlıdır. Bunun birinci səbəbi qurumun daha güclü olacağıdırsa, ikincisi Rusiya ilə bağlıdır. NATO rəhbərliyi başa düşür ki, İsveç və Finlandiyanın NATO- ya üzv olmağı Rusiyanı qıcıqlandırır. Beləliklə, Alyans NATO- nun genişlənməsindən Rusiyaya təzyiq vasitəsi kimi istifadə edir. Nəzərə almaq lazımdır ki, Ukraynadakı savaşın başlanma səbəbi də məhz “həmin kartın ortaya atılması idi”.
NATO daxilində Rusiya əleyhinə koalisiyaya qoşulmayan yeganə dövlət Türkiyədir. Kremldə bilirlər k, Stokholml və Helsinkinin NATO- ya daxil olması Ankaranın əlindədir. Türkiyə buna razılıq verərsə, əlbəttə, tərəflər arasındakı etimad mühitinə zərbə dəyəcək. Bu, indi Ankaraya lazım deyil.


Başqa bir tərəfdən, indi Türkiyənin əlində Rusiyaya qarşı istifadə edə biləcəyi “kart” var. Ankara bu “kartı” asanlıqla “masaya qoymaz”. Əksinə, mümkün qədər çalışacaq ki, məhz bu təsir mexanizmi ilə öz maraqları təmin olunsun. Bu mənada sözügedən dövlətlərin yaxın gələcəkdə Alyansa üzv olacaqlarına inanmıram. Türkiyə mümkün qədər çalışacaq ki, proses uzansın. Əlbəttə, nəzərə almaq lazımdır ki, İsveç və Finlandiya da siyasi iradə nümayiş etdirə bilmir, Madrid razılığının şərtlərini pozurlar. Çünki terrorçuların Türkiyəyə qaytarılmasında maraqlı olmayan qüvvələr var.
Beləliklə, Türkiyədə hakimiyyət dəyişikliyi baş verməyənə və Ukraynadakı müharibə bitənə qədər İsveç və Finlandiyanın NATO- ya üzv olacağı inandırıcı görünmür.
Kənan Novruzov