Bir müddət əvvəl Blinkenin “Azərbaycanın İranla sərhədini qorumaq lazımdır” açıqlaması qafamızı xeyli qarışdırdı. Açıq suallar var, ABŞ bizi dəstəkləyir fikrinə inanmaq üçün səmimiyyət yoxdur axı.

Eyni güc ədalət və hüququ deyil, öz maraqlarını dəstəkləyir ki, burda da ciddi ikiüzlülük meydana çıxır – bizim problemimiz təkcə İran deyil ki, odur – Ermənistan işğalçıdır və 30 il ərzində, nə də indi ABŞ ona gözün üstdə qaşın var demir.

İndi də başqa bir nümunə – İsrail sevimli dostumuzdur, Qarabağ müharibəsində, qlobal lobbi sahəsində çox dəstək verir, lakin bu günİsrail xarici işlər naziri Eli Kohen azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşdən sonra mətbuata birgə bəyanatla çıxışı zamanı dediyi “Biz İrana qarşı birgə hərəkət etməliyik” açıqlamasından üşəndim.

“Biz” – yəni kim?

Azərbaycan o mübarizədə necə iştirak edə bilər?

Nədir bunun formatı, standartı?

Axı bizi göz görə -görə müharibəyə cəlb edirlər.

Prezident Əliyevin rəhbərliyinin ən böyük dəyəri strateji balans, güc mərkəzləri arasında koordinasiya olmayıbmı?

Bizə bu müharibə – 40 ildir Yaxın Şərqdə, ərəblərlər, qərblə qafa tutan İranla nə müharibəmiz olar bilər axı?

israil dostumuzdur, qardaşımızdır, amma başımıza töküləcək mərmi yağışının qabağını necə alacağıq? və ya kimdən, necə, hardan qorunacağıq?

Qorxuruqmu?

Əsla.

Milli təhlükəsizliyimizi qorumaq üçün daha sərt addımlara getməliyikmi?

Əlbəttə.

Amma bunun standartı, ölçüsü, meyarı Ukraynanın getdiyi yol deyildi, deyil.

Hər halda Əliyevin strateji dühası Azərbaycanı həmişə qoruyub, xilas edib, ən azından gücləndirib.