Maraqlıdır, Sinan Oğanın keçdiyi yol, kimliyi Azərbaycan eşqi hamıya məlumdur. Lakin həlledici sual budur:
Azərbaycan daha hansı ölkədə Rusiyada, MDB-də, Şərqdə vəs. üçüncü olub, yaxud da üçüncüdür?
Hə, bir də qırmızı xətti AzərbaycaN olan MHP var.
Bütün anketləri çöplük edən MHP – Səs faizini hamı 5 civarında göstərirdi, onlar isə 10 faizlə sandıqdan çıxmağı bacardılar.
Azərbaycan və türklük davasının döyüşlüləridir MHP-çilər.
Bu seçkilər Milli Görüşçüləri AKP-yə qaytardı, bu seçkilər mhp-ni küllərindən yaratdı və mənə görə dünyada trendə çevrilən sağ ideologiyaların Türkiyədə də yüksəldiyini ortaya çıxarır.
Başqa sözlə, hazırda AKP bir zamanlar MHP-nin yer aldığı sağ millətçilik çatısının ən radikal simasına çevrilib.
Seçimlərin bir də Azəri siması Sinan Oğan vardı.
İlk şüarı da bu idi: Seçimin taleyini biz müəyyən edəcəyik, yəni türk milliyyətçiliyi, yəni bir azərbaycanlı şəxs.
İkinci tur ola bilər.
Amma ilk gündən demişdik, vahidləşən türk dünyasında Azərbaycana xor baxanların qazanacağı seçim yoxdur, tarix hazırda bölgədə inşa ediləcək güc mərkəzini doğurmaqdadır.