Karqolar vətəndaşların sifariş etdikləri malı çatdırmaq üçün regionlarda açdıqları “çatdırılma məntəqələrini” ucdantutma bağlayırlar.
Sən demə hansısa bərbərxananın, ya telefon mağazasının daxilində yaradılan bu tip məntəqələrin də lisenziyası olmalıymış.
Dövlət Vergi Xidməti tərəfindən belə tələb qoyulduğu bildirilir.
Rəsmi qurumların bununla bağlı açıqlaması hələlik gözə dəymir.
Digər problem gömrüklə bağlıdır.
İndi də vətəndaşlardan xaricdən sifariş edilən malları daşınması ilə bağlı əlavə ödənişlərin də Smart Customs-a daxil edilməsinin tələb olunacağı bildirilir.
Yəni, vətəndaş bilərəkdən Trendyola olan daşıma ilə bağlı ödəniş qəbzini saxtalaşdırmalı və Smart Customsa bəyan edərkən malın gömrük dəyərini artırmaq üçün yol xərcini yüksək göstərməlidir !
Qısası, sosial mediada açıqlananlardan görsənir ki , Trendyol Azərbaycana çatdırılmanı ucuz edir, amma DGK deyir ki, mənə dəxli yoxdur, mən əlavə ödəniş alacam.
İnandırıcı olmasa da, hələlik DGK bununla bağlı rəsmi açıqlama verməyib .
Osman Gündüz, İKT mütəxəssisi