Sinan Oğanın Bakıya Prezident kortejində gəlişi.

Biz bunu Azərbaycanın Türkiyədəki həlledici gücü (seçkinin aqibəti) kimi oxumaqla qalmamalıyıq.

Sinan bəy Rusiya – Türkiyə – Azərbaycan üçbucağında perpsektiv siyasi arxitektura üçün vacib şəxs rolunu almağa hazırlaşdığı ortadadır.

Biz bunu Türkiyənin gələcək prezidenti kimi oxumaqdansa, lobbi gücü kimi və gələcək prezidentin güclü ortağı kimi görməyimiz daha düzgün olardı.

Bir də artıq deyə bilərik ki, 2025-ci ilə qədər Türk Dövlətləri Təşkilatı əlahiddə gücə çevrilməyə başlayacaq və birləşmiş dövlətin rəhbəri (icraçı direktoru kimi) Sinan Oğan olacaq kimi görünür.