İndi də TƏBİB tabeliyində olan “Yeni Klinika” Publik Hüquqi Şəxs tender elan edib.
Qurum səbəkə avadanlıqları, serverlər, onlar üçün lisenziyalar, kommutatorlar və s. texnoloji avadanlıqlar alacaq.
Yəni, qurum özünün Data Mərkəzini daha da gücləndirir.
Amma, Prezidentin fərmanı ilə məhz bu tip fəaliyyət üçün, dövlət xərclərini azaltmaq, optimallaşdırmaq və səmərəlilik baxımından “Hökumət Buludu” ( G-cloud) yaradılıb.
Yəni, dövlət qurumları özləri üçün server almağı, data baza formalaşdırmağı dayandırmalı və bu işləri bir mərkəzdə, AzİnTelecom-un Data Mərkəzində yerləşdirməliydi.
Bu məqsədlə dövlət büdcəsindən də xeyli vəsaitlər ayrılıb.
İndi belə çıxır ki, dövlət xərcləri nəinki azalıb, heç olmasa nəinki əvvəlki qaydada qalıb, əksinə büdcə xərcləri daha da artıb.
Yəni, Prezidentin fərmanında nəzərdə tutulanlar reallaşmayıb, əksinə daha pis mühit formalaşıb.
Əvvəllər də bəzi dövlət qurumlarının bu tip addımları haqqında yazmışdım.
Təəssüf ki, hələlik heç bir nəticə görsənmir. Proses davam edir.
Necə deyırlər, yenə həmin kordinat, həmin dalğadır.
Ümid edək, AzİnTelecom, TƏBİB, RİNN, Antiinhisar, layihəyə rəy verənlər Prezidentin müvafiq fərmanının tələblərini nəzərə alacaqlar.
Osman Gündüz, İKT mütəxəssisi