Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak deyib ki, Zaporojye Atom Elektrik Stansiyası (AES) ilə bağlı risklər var. Onun sözlərinə görə, ruslar bu obyekti hər an vura bilərlər.
M. Podolyak Rusiyanın bu gün cəbhə xəttində hadisələrin inkişafına təsir göstərmək üçün hərbi alətlərə malik olmadığını söyləyib.
O, bildirib ki, buna görə də Kaxovka Su Elektrik Stansiyasının (SES) vurulması kimi terror üsullarından istifadə edilir: “Etiraf etmək lazımdır ki, Zaporojye AES-lə bağlı da oxşar təhlükə var”.
Rusiyalı rəsmiləri, o cümlədən prezident Vladimir Putin bir neçə dəfə deyib ki, Rusiya özünü müdafiə üçün bütün silahlardan, o cümlədən nüvə silahından istifadə edə bilər. Hərçənd, Kreml özü də bilir ki, bu, ikibaşlı addımdır. Yəni nüvə silahının tətbiqindən Rusiya da əziyyət çəkəcək. Odur ki, rəsmi Moskva hələ ki, nüvə silahına alternativ variantlar axtarır, Ukraynanın əzmini qırmağa çalışır.
Kakovka SES- in vurulması məhz belə alternativlərdən biri idi. Amma Putinin bu “kartı” əlində qaldı. Odur ki, o, indi növbəti variantlar barədə düşünür. Bu mənada gələcəkdə Zaporejye AES- in də vurulması tamamilə realdır.


Xüsusilə nəzərə almaq lazımdır ki, dünya ictimaiyyəti Rusiyanın Kaxovka SES- i vurmasına ciddi reaksiya göstərmədi. Bu, rəsmi Moskvanı şübhəsiz ki, daha büyük cinayətlərə sövq edə bilər. Çünki Kreml rəhbərliyi artıq cinayətinin cəzasız qalacağına əmindir.
Zaporejye AES-in vurulması ilə Putinin “əlindəki kartlar” bir az da azalacaq. Və növbəti tədricən nüvə silahının tətbiqinə çatacaq.
Kənan Novruzov