MİDA yeni onlayn satış elan edib.

29 iyul tarixdə 1200-dək mənzil onlayn satışa çıxarılacaq.

Baxıram ki, MİDA mənzillərin onlayn satışında şəffaflıq və ədalətli seçimlə bağlı ehtiyac olan, ictimai əhəmiyyət kəsb edən məlumatları paylaşmayıb.

MİDA-dan gözləntilər :

1. Ötən müddət ərzində MİDA güzəştli mənzil informasiya sistemində hansı yenilikləri edib ?

2. Süni seçimlərin, robot seçimlərin, qeyri-qanuni müdaxilələrin qarşısını almaq üçün addımlar atılıbmı?

3. Sistemin dayanıqlığı və təhlükəsizliyi ilə bağlı auditlər aparılıbmı, güvənli qurumların rəyləri varmı?

4. Onlayn satış prosesi sosial mediada və TV-də canlı yayımlanacaqmı? İctimai nəzarət imkanları təşkil olunacaqmı?

Xatırlayıram ki, sonuncu satışda MİDA özü etməsə də canlı yayımı biz təşkil etmişdik.

5. Onlayn satış prosesi şəffaf, korrupsiya riski az olan sistem olmasına baxmayaraq İT bacarıqlarla bağlı öncədən bəlli olan ədalətsizlik olduğundan alternativ güzəştli mənzil satışı üsulu ilə bağlı təkliflər hazırlanıbmı?

Osman Gündüz, İKT mütəxəssisi