Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Ağdam-Xankəndi yolu ilə Qarabağdakı ermənilərə humanitar karvan göndərir.

1. Bu məsələ erməni təbliğatı və onun əsirinə çevrilmişlərin ənənəvi “humanitar böhran” şousuna tutarlı cavabdır və danışıqlarda Azərbaycanın əlinə Ermənistanın tezislərini dağıdacaq kartlar verəcək.

2. Azərbaycanın göndərdiyi humanitar karvan Qarabağ ermənilərinin ölkə həyatına reinteqrasiyası prosesinə təkan verə bilər, hərçənd, ermənilər üçün həmişə bəhanə var.

3. Mümkündür ki, humanitar karvanın keçidi baş tutsa, Azərbaycan dövləti ilə Qarabağ erməniləri arasında növbəti təmas reallaşacaq.

4. Hətta Ağdam-Xankəndi yolu ilə keçidə maneə yaradılsa belə, həmin görüş baş tutacaq.

5. Qızıl Aypara Cəmiyyətinin qeyri-dövlət aktoru kimi missiyası, onsuz, nəticə olaraq elə Azərbaycan hökuməti ermənilərin görüşünə hazırlıq kimi qeyd oluna bilər.

6. Məsələ Rusiyanın və Qərbin yanaşmasını təfərrüatlandıra biləcək nəbz yoxlanışıdır və onların Azərbaycan-Ermənistan münasibətlərindəki Qarabağ mövzusundakı yerlərini dəqiqləşdirən xüsusiyyətləri özündə ehtiva edir.

Aqşin Kərimov, siyasi şərhçi