ABŞ Dövlət katibi Antoni Blinken Ermənistan baş naziri Nikoı Paşinyana Vaşinqtonun xəbərdarlığını çatdırıb.

Azərbaycan və Ermənistan liderlərinin Brüssel görüşü öncəsi, ABŞ dövlət katibi Entoni Blinkenə Ermənistan Baş naziri Nikol Paşinyana zəng edib. Baş nazirlə Azərbaycanla sülh müqaviləsinin vacibliyindən danışıb. Qeyd edim ki, Azərbaycan və Ermənistan liderləri sülh müqaviləsinin bağlanması və dövlətlər arası münasibətlərin qurulması üçün növbəti dəfə Brüsseldə biraya gələcək.

ABŞ prosesdə vasitəçidir və sülhün əldə edilməsi istiqamətində praktiki olaraq çalışır. Məhz Ermənistan Baş nazirinə dövlət katibinin zəng etməsində bir neçə nüans var. Çünki, N.Pasinyana real siyasi mövqe ortaya qoymaya bilər. Məhz Blinken N. Paşinyana Vaşinqtonun prosesdə Yerevandan konkret addımlar atılmasını gözlədiklərini qeyd edib. İkinci, N. Paşinyanın danışıqlarda əlavə şərtlər irəli sürərək prosesi uzada bilər. Bu da Vaşinqton üçün qəbul edilən dəyil. Üçüncü, Fransa Ermənistanı sülh müqaviləsindən yayındırır. Bununla bağlı, ABŞ xəbərdarlığını edə bilər.

Ümumiyyətlə, ABŞ Ermənistan tərəfinin qeyri-konstruktiv mövqeyindən narahatdır. ABŞ sülh müqaviləsinin bağlanması istiqamətində aparılan danışıqlarda Azərbaycandan narahat deyil.

Məhəmməd Əsədullazadə, politoloq