Qarabağı 3 qrup erməni tərk edə bilər. Birinci qrupa Ermənistan ordusunun həbrçiləri daxildir. Azərbaycan Laçın yolunu nəzarətə götürdükdən sonra onların hərbi formada geri dönüşü mümkün deyil. Onlar eyni zamanda Qarabağda qalmaq istəmirlər. Belələri hərbi formalarını mülki geyimə dəyişərək Ermənistan pasportu ilə Qarabağı tərk edə bilərlər. İkinci qrupa Rusiya pasportu olan Qarabağ erməniləri aiddir. Onlar da Rusiyaya köçməyə üstünlük verə bilərlər. Üçüncü qrupa Qarabağ ermənilərinin özləri aiddir. Bu o ermənilərdir ki, Azərbaycan qanunları ilə yaşamaq istəmirlər. Bu ermənilər onu da anlamağa başlayıblar ki, yaxın gələcəkdə Azərbaycan qanunları ilə yaşamayacaqlarsa, Qarabağda həyatlarını davam etdirə bilməyəcəklər və ona görə indidən bölgəni tərk etməyə başlayıblar. Axtarışda olan caniləri çıxmaq şərtilə bu 3 qrupa Azərbaycan ərazisini tərk etməyə şərait yaradılması doğru strategiyadır.
Bəli, köç başlayıb, ancaq bu hələ ki, kütləvi şəkil almayıb. Elə etməliyik ki, yad ünsürlər və Azərbaycan qanunları ilə yaşamaq istəməyənlərin ərazimizi tərk etmələri sürətlənsin.
Elxan Şahinoğlu, politoloq