Deməli, Qafan aeroportu düşür Azərbaycan ərazisinə.

Dünən ilk dəfə, uzun fasilədən sonra avqustun 21-də İrəvan -Qafan və Qafan-İrəvan aviareysləri həyata keçirilib.

Erməni tərəfi iddia edir ki, Bakının “atəş açmaması” üçün İrəvanın “uçmaması” razılığı olub.

Amma guya uçuş zamanı aeroporta iki dəfə atəş edilib.

Zəngilanın Dərəli kəndindən daş atsan, aeroportun döşəməsinə düşər.

Dünyanın da heç bir ölkəsində hava limanını gətirib qonşu ölkənin ərazisinə və ya bayrağının altına salmayıblar.

SSRİ dövründə aerportun bir hissəsi bizim hava və yer məkanına düşürmüş.

Nəhayət, maraqlı məqam:

Qarabağ və sərhədlə yanaşı Ermənistanla daha bir ziddiyyət ocağı meydana çıxır.

İrəvan görünür ki, iki hədəfə can atır:

Birincisi, Azərbaycanı beynəlxalq aviyasiya təşkilatı ilə üzbəüz qoymağa.

İkincisi, öz təyyarələrinə terror aktı törətməyə.

Əsgərimiz üçün yaxşı silahla yanaşı, professional kameralar lazımdır, yoxsa bu üzəduranlılq ciddi problemlər olacaq.

Əziz Əlibəyli, politoloq